Azərbaycan Dəmir Yolları
Biznesin inkişafı və satışa dəstək şöbəsinin rəisi
Son tarix 17 dek 2023 - Müraciət et
İşin təsviri:
- Satış üzrə məhsulların hazırlanması;
- Sahə üzrə biznesin inkişafı üçün təkliflərin hazırlanması;
- Satış üzrə təkliflərin siyahıya alınması və onların aidiyyatı şöbələrə yönləndirilməsi;
- Əməkdaşlıq şəbəkəsinə əsasən xarici kommunikasiya kanallarının təmin edilməsi;
- Satış üzrə CRM məlumatlarının hazırlanması və məlumatların yenilənməsi;
- Satış komandasının məsul olduğu biznes proseslərinə dəstək verilməsi;
- Məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsi prosesində birbaşa iştirak edilməsi;
- Mətbuat üçün rəsmi xəbər materiallarının hazırlanması;
- Reklamların hazırlanması ilə bağlı təkliflərin verilməsi;
- Reklam vasitələrinin monitorinqi.
Tələblər:
- Ali təhsil ;
- Rus dili – yaxşı, ingilis dili – yaxşı;
- MS Office – yaxşı;
- Sahə üzrə 3 il, rəhbər vəzifədə 1 il iş təcrübəsi;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, təsir göstərmə, müştəriyönümlülük və kreativ yanaşma kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
- CRM, Satış və Marketinqə dair ümumi monitorinq və hesabatlılıq alətləri üzrə biliklər;
- Sənədləşdirmə və hesabatlılıq üzrə biliklər.;
Əmək şəraiti:
- İş qrafiki – 5 günlük 09:00-18:00;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük
Müraciət etmə qaydaları:
- Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 30.11.2023 ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)