Azərbaycan Dəmir Yolları
İnsan resursları üzrə mütəxəssis
Son tarix 23 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin təşkili (İşçi tələb formalarının qəbulu və yoxlanılması, vakansiyanın elan olunması, test, müsahibə və ya peşə imtahanının təşkili, iş təkliflərinin edilməsi);
- Yeni işçilər üçün adaptasiya prosesinin təşkil olunması;
- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması və "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işlənilməsi;
- Əmək Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqının hesablanması;
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və prosesin təşkilinə dəstək olunması;
- Təşkilati dizayn prosesləri üzrə (struktur dəyişikliyi, vəzifə təlimatlarının yazılması və s.) tapşırıqların icra edilməsi;
- Xidməti zərurət ilə əlaqədar bölgələrə təşkil edilən ezamiyyə səfərlərində iştirak edilməsi;
- İnsan Resursları üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Word, Excel-sərbəst);
- Namizədlərin ingilis və rus dillərini bilməsi arzu olunandır;
- AR Əmək məcəlləsi və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan Resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklər.
Tələb olunan funksional keyfiyyət meyarları:
- Problem həlletmə
- Kommunikabellik
- Qərar qəbuletmə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 22.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.