Azərbaycan Dəmir Yolları
Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Son tarix 11 okt 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
- Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
- Cəmiyyət daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
- Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
- Risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
- Daxili insident menecment sisteminin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi;
- İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması, səbəblərin araşdırılması və təhlili;
- Təşkilatda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
- Risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
- Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Xarici dil: İngilis dili – Orta, Rus dili – Yaxşı;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- Azərbaycan Respublikasında və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübələrə əsaslanan biliklər;
- Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamları üzrə biliklər;
- İqtisadiyyatın, idarəetmənin, əmək qanunvericiliyinin, marketinqin əsasları üzrə biliklər.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 10.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.