Azərbaycan Dəmir Yolları
Müqavilələrin tərtibatı və sənədlərlə iş şöbəsinin mütəxəssisi
Son tarix 16 sen 2023 - Müraciət et
İşin təsviri:
- Müxtəlif müqavilələrin tərtibatı, hazırlanması və razılaşdırılması;
- Proseslərə uyğun olaraq mövcud müqavilələrə əlavə və dəyişikliklər hazırlanması;
- Müqavilələrin reyesterinin aparılması;
- Müqavilələrin elektron qeydiyyatının və arxivinin təşkil edilməsi;
- Müqavilələr üzrə texniki işlər, kargüzarlığın aparılması;
- Şirkət daxili sənəd dövriyyəsinin həyata keçirilməsi;
- Kənar təşkilatlara və müəssisələrə göndərilən məktubların tərtib edilməsi.
Tələblər:
- Ali təhsil ;
- İngilis dili – yaxşı, rus dili – sərbəst ;
- MS Office – yaxşı;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
- İncoterms üzrə biliklər;
- Müqavilə hüququ üzrə biliklər.
Əmək şəraiti:
- İş qrafiki – 5 günlük 09:00-18:00;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük
Müraciət etmə qaydaları:
- Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 15.09.2023 ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)
- Qeyd: Xarici dil biliyi yüksək olan və sahə üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.