Azərbaycan Dəmir Yolları
Risk inzibatçılığı üzrə mütəxəssis
Son tarix 31 avq 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Qüvvədə olan Risklərin idarə edilməsi qaydalarına (proses, prosedur, təlimat və s.) uyğun olaraq Cəmiyyətin müxtəlif struktur vahidlərinin fəaliyyətindən irəli gələn əməliyyat və digər növ risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Risk hadisələri ilə bağlı məlumatların toplanılması, arxivləşdirilməsi və təhlil edilməsi;
- Əsas risk göstəricilərin toplanılması və təhlil edilməsi;
- Risklərin idarə edilməsi ilə bağlı müxtəlif hesabatların hazırlanması;
- Risklərə qarşı görülən tədbirlərin hazırlanmasında iştirak, habelə həmin tədbirlərin cari statusu barədə məlumatların toplanılması;
- Tapşırılmış istiqamətlər üzrə risklərin idarə edilməsi sahəsində araşdırmaların aparılması və hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Hüquq, Risklərin idarə edilməsi);
- Avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı;
- Risklərin idarə edilməsi, audit, daxili nəzarət və ya data analitika sahəsi üzrə iş təcrübəsinin olması arzu olunandır;
- Risklərin idarə edilməsi sahəsində müvafiq standartların (ISO 31000) tələblərini bilməli;
- İngilis dili orta, Rus dili orta səviyyədə bilməli;
- MS Office üzrə sərbəst, Power BI - yaxşı işləmə bacarığına malik olmalı;
Müraciət etmə qaydaları:
Vakansiya tələblərinə uyğun namizədlər 30.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.