Azərbaycan Dəmir Yolları QSC satınalma şöbəsində mütəxəssisi üzrə işçi axtarır.
Son tarix 12 dekabr 2021
Vakansiyanın kodu: V211126-12
Vakansiya üzrə struktur: Təchizat departamenti, Satınalma şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 51
Tələb olunan təhsil istiqaməti/ixtisası: Mühəndislik
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office-yaxşı
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst; Rus dili – sərbəst.
Vəzifə üzrə tələb olunan biliklər:
- Xarici bazarda satınalma araşdırmalarının aparılması üzrə biliklər; Satınalma əməliyyatları üzrə biliklər;
- Sifarişçi ilə şirkət arasında olan satınalma müqavilələrinin hazırlanması və tətbiq olunması üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik;
- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq.
Digər tələb və üstünlük göstəriciləri: Xarici satınalma üzrə 1 il iş təcrübəsinə sahib, IELTS 7.0 sertifikatına malik olan, mühəndislik sahəsi üzrə təhsil almış namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Satınalma əməliyyatlarının təşkil edilməsi;
- Xarici bazarda satınalma araşdırmalarının aparılması;
- Tenderlərin təşkil olunması, tender proseslərinin izlənilməsi;
- Təkliflərin toplanması prosesinin icra edilməsi;
- Sifarişçi ilə şirkət arasında olan müqavilələrin hazırlanması və tətbiq olunması;
- Müntəzəm olaraq sifarişçi ilə şirkət rəhbərləri arasında olan əlaqələrin idarə edilməsi;
- Birbaşa satınalma rəhbərinə kompleks tədbirlərin ötürülməsi;
- Proses dövründə sənədləşmə ilə bağlı dəyişikliklərin və təkmilləşmələrin təklif edilməsi;
- İş və xidmətlər üçün "Razılaşma müqavilələri"nin hazırlanması və həmin müqavilələrin aidiyyəti tərəflərlə razılaşdırılmasının təmin edilməsi. .