Strateji idarəetmə şöbəsinin mütəxəssisi
Son tarix 08 noy 2021
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti:Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə, marketinq
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı:2 il
Tələb olunan komputer bilikləri: MS Word - yaxşı; MS Excel - yaxşı; MS Power Point- yaxşı$ Microsoft Power BI - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst; Rus dili – sərbəst.
Vəzifə üzrə tələb olunan biliklər:
- Beynəlxalq maliyyə və mühasibatlıq prinsipləri üzrə biliklər;
- Marketinq prinsipləri üzrə biliklər;
- Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər;
- Maya dəyəri anlayışı üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- İntizamlılıq.
Digər tələb və üstünlük göstəriciləri: MBA təhsili olan namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Strateji planlama məqsədilə araşdırmalarda daxili və kənar mühitin təhlillərində iştirak edilməsi;
- Regional və qlobal mühitdə nəqliyyat, əlaqəli sənayelər və makroiqtisadi araşdırmaların və boşluq təhlillərinin aparılması;
- Strateji təşəbbüslərin planlanması və maliyyə təsirlərinin təhlil edilməsi;
- Biznes vahidlərinin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi, maliyyə və texniki göstəricilərin təhlili və yenilənməsi;
- Məlumat portallarının və kənar abunəliklərin idarə edilməsi;
- Təşkilati və biznes mühitdə ən yaxşı təcrübələrin təşkili, müqayisəsi və paylaşılmasında iştirak edilməsi;
- Təhlillərin nəticələri ilə bağlı rəhbərlik üçün təqdimatların hazırlanması.
Vakansiyaya müraciət etmək üçün career.ady.az-hesabına daxil olmağınız xahiş olunur.
Son müraciət tarixi: 08.11.2021