ABB ASC
Əsas fəaliyyət göstəriciləri (KPI) şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
Son tarix 14 may 2025 -
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Dövri əsasda fəaliyyət göstəricilərinin (KPİ) və onların nəticələri əsasında mükafatların hesablanması;
- Hesablanan əsas fəaliyyət göstəricilərinin nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların verilməsi;
- Əsas fəaliyyət göstəriciləri üzrə hədəflərə dair təkliflərin verilməsi;
- İşçilərlə bağlı xərclərin analizi, büdcə icrasının proqnozlaşdırılması və nəticələrin dövri təhlili.
Bizim üçün uyğun namizəd:
- Ali maliyyə və İqtisadi sahədə təhsil;
- ACCA sertifikatlarına sahib (F2, F3, F5, F7);
- MS office proqramları üzrə biliklərə malik;
- SQL, vizualizasiya proqramları və Excel bilikləri yüksək olan;
- Performance və menecment hesabatlıq sahəsində minimum 1 il təcrübəyə malik;
- Komandada iş bacarıqları olan;
- İnduktiv və analitik təhlil bacarığı olan;
- Yaradıcılıq və innovasiya bacarığı olan;
- Problemləri həll etmə bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonuna daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.