Azərbaycan Banklar Assosiasiyası
İqtisadçı
Son tarix 24 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
İqtisadi Analiz və Hesabatlıq:
- Makro və mikro iqtisadi göstəricilərin təhlili, bazar trendlərinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması.
- Statistik və keyfiyyətli məlumatların toplanması, emalı və nəticələrinin interpretasiyası.
Dövlət Proqramlarının İcrası:
- Dövlət proqramları çərçivəsində tədbirlərin icrasının koordinasiyası: layihələrin planlaşdırılması, monitorinqinin aparılması və hesabatların hazırlanması.
Rəhbərlik Tapşırıqlarının Yerinə Yetirilməsi:
- Şirkət rəhbərliyinin tapşırıqlarına yüksək diqqət və dəqiqliklə riayət etmək, vaxtında və keyfiyyətli icraatı təmin etmək.
Strategiya və Layihə Dəstəyi:
- İnnovativ təhlil metodları və iqtisadi modellərin tətbiqi ilə layihələr və strateji təşəbbüslərin hazırlanmasına dəstək vermək.
Namizədə tələblər:
- İqtisad, maliyyə və ya idarəetmə sahəsində ali təhsil
- Ən azı 1 il sahə üzrə təcrübə (arzuolunan)
- Güclü analitik düşüncə, diqqətcil iş yanaşması və problem həll etmə bacarıqları
- Komanda daxilində səmərəli işləmə və ünsiyyət bacarıqları
- Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı.
Dil biliyi:
- Azərbaycan dili səlis
- İngilis dili yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı (o cümlədən işgüzar yazışma və təqdimatlar üçün)
Sizi peşəkar komandanın üzvü olmağa dəvət edirik!
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi vəzifə adı göstərilməklə Müraciət et butonunda qeyd olunan email adresinə göndərə bilərsiniz.