İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Reporting_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Kreditlərin Bərpası Departamenti / İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
• Rəhbərlik tərəfindən təyin edilmiş tapşırıqların yerinə yetirməsi;
• Sənədlərin hazırlanması və vaxtında təhvil verilməsi.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis vakansiyası üzrə bank sahəsində təcrübə arzuolunandır, mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə isə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);
• Güclü ünsiyyət və komandada işləmək bacarığı;
• Məsuliyyət, stresə davamlılıq və dəqiqlik;
• Yüksək analitik və riyazi düşüncə qabiliyyəti;
• Avtomatlaşdırma üzrə texniki biliklər;
• Hesabatların hazırlanması üzrə biliklər;
• Yüksək səviyyədə kompüter bilikləri (MS Office, xüsusilə ilə Excel proqramı üzrə biliklər).
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin İş şöbəsi üzrə Kiçik hüquqşünas / Hüquqşünas / Aparıcı hüquqşünas / Baş hüquqşünas” vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Court_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Kreditlərin Bərpası Departamenti / İş şöbəsi
Vəzifə: Kiçik hüquqşünas / Hüquqşünas / Aparıcı hüquqşünas / Baş hüquqşünas
Bilavasitə tabeçiliyi: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
• Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, Bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
• Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, Bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
• Hüquq idarəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Hüquq sahəsində ali təhsilinin olması;
• Vəkillər kollegiyasının üzvü olmaq;
• Kiçik hüquqşünas və hüquqşünas vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş hüquqşünas vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilmək;
• Kargüzarlıq işinin əsaslarını bilmək;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilmək;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Orta səviyyədə (MS Office proqramları) üzrə biliklər;
• Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcəkdir.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Satış_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Kreditlərin Bərpası Departamenti / Əmlak Satışı şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Bankın balansında olan əmlakın satışının təşkili;
• Təqdimat materiallarının hazırlanması və İnternet meydançalarında (saytlarda) yerləşdirilməsi;
• Potensial müştərilərlə görüşlər və məsləhətləşmələr, müştərilərlə iş;
• Daşınmaz əmlak obyektlərinin müştərilərə nümayiş etdirilməsi;
• Sövdələşmələrin bütün mərhələlərində müştərilərin müşayiət olunması, müqavilələrin bağlanması.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);
• MS Office (Word, Excel, Power Point, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
• Güclü ünsiyyət və komandada işləmək bacarığı;
• Məsuliyyət və stresə davamlılıq;
• Diqqətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.
• Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin İcra Orqanları ilə İş şöbəsi üzrə Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Court Action_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Kreditlərin Bərpası Departamenti / İcra Orqanları ilə İş şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Bankın İcra orqanlarında olan işləri ilə bağlı məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanları ilə əlaqələr yaratmaq;
• Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə icra instansiyalarında təşkilatın maraqlarını təmsil etmək;
• Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları informasiya sisteminə daxil etmək;
• Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyələri çərçivəsində Bankın adından müqavilə bağlamaq;
• Bankın əmlakının alqı-satqı proseslərində iştirak etmək.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);
• Məsuliyyət və stresə davamlılıq;
• Effektiv ünsiyyət bacarıqları;
• Tapşırıqların həllində çeviklik;
• Orta səviyyədə kompüter bilikləri (MS Office);