Xalq Bank
Rəqəmsal həllər şöbəsinin mütəxəssisi
Son tarix 02 dek 2023 - Müraciət et
Təsvir:
- Yeni xidmətlərin yaradılmasında proaktiv və təşəbbüskar olmaq;
- Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izləmək və bazar araşdırmaları aparmaq;
- Rəqəmsal bankçılıq sistemində yeni xidmətlərin reallaşdırılması üçün biznes tələbləri tərtib etmək və aydın şəkildə həmkarlara izah etmək;
- İstifadəçi bazasının bankdaxili müştərilər və bazar potensialı hesabına artırılması yollarınının müəyyənləşdirməsi və tətbirlər planını hazırlaması;
- Rəqəmsal xidmətlərin ölkə bazarında əlçatanlığını, mövqeləşdirilməsi, təbliğatı, istifadə aktivliyinin artırılması üçün tədbirlər planının hazırlaması;
- Biznes-tələblərdən irəli gələn yeni prosedur-qaydaların, sənədlərin, biznes proseslərin, analitik materialların, müştəri səyahəti xəritəsinin (CJM) və təqdimatların hazırlanmasında fəal iştirak etmək;
- Verilən statistik məlumatları təhlil etmək, əsasında hesabatlar tərtib etmək , məhsul üzrə istifadə potensialını müəyyələnləşdirmək;
- Rəy və təkliflərin toplanılması üçün əsas müştəri kateqoriyasına aid olan istifadəçilərlə kommunikasiyaları genişləndirmək;
- Texnoloji partnyorluqların qurulması, Biznes inteqrasiyaları və Açıq bankçılıq həllərinin inkişafı istiqamətində işləri planlaşdırmaq və həyata keçirmək;
- Tələblərin yerinə yetirilməsi hüdudlarını müəyyənləşdirmək və istifadəçi qəbulu sınaqlarını (UAT) tərtib etmək;
- Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin və prezentasiyaların keçirilməsi.
Tələblər:
- Ali magistr təhsili;
- Rəqəmsal maliyyə məhsullarının inkişafı sahəsində ən azı 1 il təcrübə;
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Rəqəmsal maliyyə texnologiyaları barədə bilikli olmaq;
- Məhsulların inkişafı xəritəsinin qurulması, işlərin prioritetləşdirilməsi və planların idarəedilməsi qabiliyyəti;
- Tələblərin yığılması, dəyərləndirilməsi və “backlog”-un idarəedilməsi qabiliyyəti;
- Güclü kommunikasiya, problem həll etmə, müştəri ehtiyaclarını müəyyənləşdirmək qabiliyyəti;
- İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
- Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması üstünlükdür.
Korporativ satış İdarəsinin Satışa dəstək şöbəsinin mütəxəssisi
Son tarix 02 dek 2023 Müraciət et
Təsvir:
- Müştərilər üçün nəzərdə tutulan bank məhsullarının və xidmətlərinin genişləndirilməsi məqsədilə potensial və mövcud müştərilərin fəaliyyətinin müxtəlif meyarlarını təhlil etmək;
- Aparılmış təhlillərin nəticəsinə əsasən müştərilər üçün güzəştli tarif dərəcələrinin tətbiqinə, o cümlədən məhsul və xidmətlərin yaradılmasına dair təkliflər hazırlanmaq;
- Müştərilərin bank xidmətlərinə olan ehtiyaclarını müəyyən etməklə həmin ehtiyaclara uyğun olaraq məhsulların satışının həyata keçirilməsini təmin etmək və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımlar atmaq;
- Müştərilər üçün nəzərdə tutulan bank məhsulları və xidmətlərinin satışı üzrə hesabatlar hazıralmaq;
- İdarə rəisinin bu sahə üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər:
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Korporativ bankçılıq üzrə Müştəri təmsilçisi - mütəxəssisi (Lənkəran)
Son tarix 02 dek 2023 Müraciət et
Təsvir:
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər:
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Korporativ satış İdarəsinin Korporativ biznes şöbəsinin mütəxəssisi

Reklam və ictimai əlaqələr şöbəsinin mütəxəssisi
Son tarix 02 dek 2023 Müraciət et
Təsvir:
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və əlaqələndirilməsi;
- Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;
- Məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsi prosesində birbaşa iştirak;
- Mətbuat üçün rəsmi xəbər materiallarının hazırlanması;
- Bank haqqında KİV-də yerləşdirilməli olan məlumatların hazırlanması;
- KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsi;
- Bankın çap-reklam məhsullarının hazırlanması işinin təşkili;
- Bankdaxili və çöl reklamlarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;
- Reklam vasitələrinin monitorinqi;
- Reklam daşıyıcılarının bankın “Brand Book”u ilə uyğunluğuna nəzarət edilməsi;
- Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət.
Tələblər:
- İqtisadiyyat, maliyyə, menecment istiqaməti üzrə magistr təhsilin olması;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili arzuolunandır);
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Yüksək kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Kreativlik
Tərəfdaş şəbəkəsinin idarə edilməsi şöbəsinin mütəxəssisi
Son tarix 02 dek 2023 Müraciət et
Təsvir:
- Banka yeni tərəfdaşlar cəlb olunması üçün tədbirlər görmək və onlarla əlaqələri idarə etmək;
- Tərəfdaşlarla xüsusi əməkdaşlıq şərtlərinin tətbiqinə dair danışıqların aparılması və təməkdaşlığın təşkili;
- Mövcud və yeni cəlb olnumuş müştərilərə Bankın ekvayrinq xidmətlərinin satışını həyata keçirmək;
- Bankın loyallıq proqramının icrası və inkişaf etdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;
- Potensial müştərilərlə görüşlərin və bank məhsullarının təqdimatının keçirilməsi;
- Tərəfdaş şirkətlərin əməkdaşlıq şərtlərinə əməl etməsinə dair nəzarətin həyata keçirilməsi.
Tələblər:
- Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 2 il bankda, müvafiq sahədə iş təcrübəsi;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
Hüquq İdarəsinin İddia işinin aparılması şöbəsinin mütəxəssisi
Son tarix 02 dek 2023 Müraciət et
Təsvir:
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
- Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
- Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
- Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
- Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etməsi;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
- Hüquq idarəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
Tələblər:
- Hüquq sahəsində ali magistr təhsilinin olması;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Kargüzarlıq işinin əsaslarını bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri;
- Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilə bilər.
Problemli Kreditlərlə iş idarəsinin İcraya nəzarət şöbəsinin mütəxəsssisi
Son tarix 02 dek 2023 Müraciət et
Təsvir:
- Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
- Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
- Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
- Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
- Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;
- Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
- Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
- Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;
- Analoji işlərin təşkili üçün regionlara ezam olunması.
Tələblər:
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
- Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
- Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.
Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsinin mütəxəssisi
Son tarix 02 dek 2023 Müraciət et
Təsvir:
- Pərakəndə bank məhsulları və xidmətləri üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
- Pərakəndə bank məhsul və xidmətlərin satışını struktur bölmələrlə əlaqəli şəkildə təşkil etmək;
- Müştərilər arasında məhsul və xidmətlərin parametrlərinə, xidmət səviyyəsinin ölçülməsinə dair sorğular keçirmək, nəticələrini təhlil etmək və hesabat hazırlamaq;
- Mövcud müştəri qruplarını müəyyən etmək, təsnifləşdirmək, onların tələbatlarını öyrənmək və bu tələbatlara uyğun olaraq yeni məhsul və xidmət paketləri hazırlamaq;
- Pərakəndə məhsullar üzrə satışlar və xidmətlər barədə mütəmadi təhlillər aparır, müvafiq hesabat və təkliflər hazırlamaq;
- Regionlar, məhsul və müştəri qrupları üzrə fərqli satış strategiyasını hazırlamaq;
- Pərakəndə məhsulların satılması üzrə satış məntəqələrinə dəstək vermək;
- Pərakəndə satış standartlarına satış məntəqələri tərəfindən riayət olunmasına nəzarət etmək;
- Pərakəndə bank məhsul və xidmətlərin satışı üzrə müştəri qruplarını təsnifləşdirmək və bazarın cari tələblərinə uyğun sadə və kross satışları təşkil etmək;
Tələblər:
- Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 2 il bankda müvafiq sahədə iş təcrübəsi;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
Korporativ bankçılıq üzrə Müştəri təmsilçisi - mütəxəssisi (Şirvan)