Xalq Bank
Korporativ satış İdarəsinin Satışa dəstək şöbəsinin mütəxəssisi
Son tarix 11 avq 2025 - Müraciət e
Təsvir
- Müştərilər üçün nəzərdə tutulan bank məhsullarının və xidmətlərinin genişləndirilməsi məqsədilə potensial və mövcud müştərilərin fəaliyyətinin müxtəlif meyarlarını təhlil etmək;
- Aparılmış təhlillərin nəticəsinə əsasən müştərilər üçün güzəştli tarif dərəcələrinin tətbiqinə, o cümlədən məhsul və xidmətlərin yaradılmasına dair təkliflər hazırlanmaq;
- Müştərilərin bank xidmətlərinə olan ehtiyaclarını müəyyən etməklə həmin ehtiyaclara uyğun olaraq məhsulların satışının həyata keçirilməsini təmin etmək və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımlar atmaq;
- Müştərilər üçün nəzərdə tutulan bank məhsulları və xidmətlərinin satışı üzrə hesabatlar hazıralmaq;
- İdarə rəisinin bu sahə üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
Son tarix 11 avq 2025 Müraciət et
Təsvir
- Bazar xüsusiyyətlərini və trendləri (bazar seqmentləri, artım templəri, inkişaf istiqamətləri, rəqabət üstünlüyü və s.) təhlil etmək, bankın strateji inkişaf istiqamətini və tövsiyyələrini formalaşdırmaq,
- Bankın strategiyasından irəli gələn strateji təşəbbüsləri müəyyən etmək, strateji planı hazırlamaq və rəhbərliyə təqdim etmək,
- Bankda Strateji təşəbbüslərinin icra səmərəliliyinin artırılması və icra zamanı müəyyən edilən maneələrin, çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görmək,
- Bankın strategiyasından irəli gələn Strateji hədəfləri mütəmadi olaraq təhlil etmək, onların yenilənməsi ilə bağlı təkliflər hazırlamaq,
- Strateji hədəfləri Bankın müvafiq strukturlarının əsas fəaliyyət göstəriciləri (“KPI”) ilə əlaqələndirmək və zəruri təhlillər aparmaq,
- Strateji təşəbbüslərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmaq,
- Şöbənin fəaliyyətinin nəticələri barədə müvafiq hesabatlar və təqdimatlar hazırlamaq.
Tələblər
- Biznesin İdarə Edilməsi/İqtisadiyyat/Maliyyə üzrə magistr təhsili;
- Strateji planlama sahəsində və ya Bankın əlaqəli struktur bölmələrində iş təcrübəsi;
- Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə Power Point və MS Excel);
- İdarəetmə, iqtisadi və maliyyə sahəsində bilik və bacarıqlar;
- Xarici dil biliyi (xüsusilə İngilis dili) – orta səviyyədə;
- Strateji və analitik düşünmə;
- Komunikasiya və təqdimat bacarıqları;
- Komanda ilə işləmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü -Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsinin mütəxəssisi (Kredit analitikası üzrə)
Son tarix 11 avq 2025 Müraciət et
Təsvir
- Daxil olmuş istehlak krediti müraciətlərini qəbul və təhlil etmək;
- Aparılmış analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
- Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
- Bankın filiallarının kredit bölmələrinin əməkdaşlarına istehlak kreditləri ilə bağlı lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 2 il bankda müvafiq sahədə iş təcrübəsi;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
C# Developer - Proqramlaşdırma İdarəsinin Tətbiqi proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi
Son tarix 11 avq 2025 Müraciət et
Təsvir
- Gələcəkdə istifadə üçün yenidən istifadə oluna bilən kodların və kitabxanaların yazılması;
- Rahatlıqla dəyişilə bilən və təhlükəsiz həllərin arxitekturasının qurulması;
- Mürəkkəb biznes prosesləri sürətli öyrənmək və avtomatlaşdırılması üçün proqram təminatlarının yazılması;
- Mütəmadi olaraq yeni texnologiyaları araşdırmaq və öyrənmək;
- SQL, PL/SQL sorğuların yazılması və optimallaşdırılması;
- Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
- Proqram təminatlarının yaradılması;
- Komanda ilə işləmək və digər əməkdaşlarla biliklərini bölüşmək;
- Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.
Tələblər
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- .Net haqqında biliklər;
- Microservice arxitekturası;
- Multithreading istifadə etməklə servislərin yazılması;
- Dizayn və Arxitektura patternləri ilə iş təcrübəsi;
- SOLID prinsiplər;
- SQL Standard/Oracle SQL, PL/SQL;
- Güclü RDBMS biliyi;
- GIT ilə iş işləmək bacarığı;
- Front-End komandası ilə əməkdaşlıq etmək;
- Yaxşı və sürətli problemlərin həlli bacarıqları;
- Bank sistemləri və bank terminləri məlumatlı olmaq;
- Təhlükəsiz həllərin işlənilməsi;
- İngilis və rus dilləri üzrə biliklər;
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Biznesin İnkişafı İdarəsinin Reklam və ictimai əlaqələr şöbəsi
Son tarix 11 avq 2025 Müraciət et
Təsvir
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və əlaqələndirilməsi;
- Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;
- Məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsi prosesində birbaşa iştirak;
- Mətbuat üçün rəsmi xəbər materiallarının hazırlanması;
- Bank haqqında KİV-də yerləşdirilməli olan məlumatların hazırlanması;
- KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsi;
- Bankın çap-reklam məhsullarının hazırlanması işinin təşkili;
- Bankdaxili və çöl reklamlarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;
- Reklam vasitələrinin monitorinqi;
- Reklam daşıyıcılarının bankın “Brand Book”u ilə uyğunluğuna nəzarət edilməsi;
- Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət.
Tələblər
- İqtisadiyyat, maliyyə, menecment istiqaməti üzrə magistr təhsilin olması;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili arzuolunandır);
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Yüksək kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Kreativlik
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Risklərin idarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin aparıcı / böyük mütəxəssisi
Son tarix 11 avq 2025 Müraciət et
Təsvir
- Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, müvafiq kommunikasiyanın aparılması;
- Bankın məhsul, xidmətlərinin eləcə də bankdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi və komplayens riskinin ölçülüb-bildirilməsi;
- Bankın müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək;
- Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;
- Bankın əməkdaşlarına müvafiq təlimlər keçmək və bu sahədən olan məsələlər ilə əlaqəli məsləhət vermək;
- ƏL/TMM sahəsi üzrə və FATCA-nı Bankda tətbiq etmək məqsədilə bankdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə Bankın strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək
- Bankın strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması.
Tələblər
- Tam ali hüquqi və ya iqtisadi təhsil;
- Minimum 5 il bank təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir). Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, düzgün və etibarlı olmalı;
- Xarici dil – ingilis dili əla səviyyədə;
- MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli;
- Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi
Son tarix 11 avq 2025 - Müraciət et
Təsvir
- Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;
- Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;
- Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
- Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:
- Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.
Tələblər
- Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);
- Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);
- SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;
- Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);
- Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;
- Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;
- İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;
- Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Nağdsız Ödənişlər və Hesablaşmalar İdarəsinin Beynəlxalq ödəniş sistemləri ilə iş şöbəsinin mütəxəssisi
Son tarix 11 avq 2025 - Müraciət e
Təsvir
- Xarici valyuta ödənişlərin ABS-də yığılması;
- SWIFT (və başqa beynəlxalq ödəniş sistemlərində) sistemində ödənişlər üzrə müəyyən düzəlişlərin aparılması;
- Ödənişlərin göndərilməsindən sonra müxbir bank tərəfindən icrasının izlənilməsi;
- Müxbir banklar tərəfindən daxil olan çıxarışların yoxlanılması və buna uyğun olaraq ABS-da müəyyən müxabirləşmələrin aparılması;
- Loro banklara bank tərəfindən göndərilən çıxarışların yoxlanılması.
Tələblər
- Ali magistr təhsili;
- Beynəlxalq ödəniş sistemləri (SWIFT və s.), xarici valyutada ödənişlərin icrası ilə bağlı minimum 3 il təcrübə;
- SWIFT (MT1xx, 2xx, 3xx və s.) formatları ilə iş bacarığı;
- İngilis dili biliyi (intermediate/preintermediate);
- Rus dili biliyi (arzuolunandır);
- MS Office proqramlarında işləmə bacarığı;
- Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Məsafədən Bankçılıq İdarəsinin Çağrı mərkəzi
Son tarix 11 avq 2025 Müraciət et
Təsvir
- Banka daxil olan zənglərin cavablandırılması;
- Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;
- Online Məsləhətçi vasitəsi ilə təqdim olunan sualların cavablandırılması;
- Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;
- Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;
- Görülən işlər üzrə hesabatların hazırlanması;
- Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.
- 5 iş günü və 2 istirahət günü (Sürüşkən qrafik)
Tələblər
- Ali təhsil;
- Müştəri ilə ünsiyyət qurma bacarığı;
- Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, fəallıq;
- Kompyuter proqramları ilə istifadə bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Nəzakətlik, dəqiqlik;
- Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.
- Bank sektorunda təcrübənin olması;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Sumqayıt filialının KOS üzrə müştəri təmsilçisi
Son tarix 11 avq 2025 - Müraciət et
Təsvir
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Kredit İdarəsinin Aqro və Fond kreditlərinin təhlili şöbəsi
Son tarix 11 avq 2025 Müraciət et
Təsvir
- Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına maliyyələşdirilən, zəmanət və faiz subsidiyası ilə kredit sifarişlərinə, eləcə də Bankın daxili məhsulları üzrə (kənd təsərrüfatı yönümlü) kredit müraciətlərinə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilinin tamlığını və tələb olunan sənədlərin mövcudluğunu yoxlamaq;
- Müştərilərə və Bankın əməkdaşlarına Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına, eləcə də müvafiq Dövlət Fondlarının zəmanəti və faiz subsidiyası ilə kreditləşməyə aid məsləhətlər vermək, zərurət yarandıqda müştərilərlə və Bankın əməkdaşları ilə görüşlər keçirmək;
- Dövlət Fondları (SİF, ARİKZF, AKİA) tərəfindən Bankın və (və ya) Bankın müştərilərinin maliyyələşdirilməsi ilə bağlı danışıqlarda zərurət olduqda iştirak etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar idarə rəisi / müavin(lər)nin verdiyi, həmçinin iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- İstehsal, emal, kənd təsərrüfatı, aqrar sahənin kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
- Bankda Kredit sahəsində (Biznes və aqro kreditlər sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.