Azerbaijan Airlines
Qəbələ BHL, Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik/avionik (B-3) proqramı
Son tarix 23 may 2025 - Müraciət et
Təsvir
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik/avionik (B-3) kursları” na qəbul elan edir.
Proqramın müddəti: 8-11 ay (1000 saat)
Tədris dili: İngilis dili
Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Qəbələ BHL - da Cessna 172S hava gəmilərinə texniki xidmətlə bağlı müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar. İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.
Proqramda iştirak üçün namizədlərə olan tələblər:
- Tələblər: Ali/ orta təhsil
- Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili- əla
- Riyaziyyat/Cəbr biliyi: Orta məktəb proqramı səviyyəsində
- Fizika biliyi: Orta məktəb proqramı səviyyəsində
- Yaş: 21-30 yaş arası
- İş yeri: Qəbələ BHL
Qeyd: Tələblərə cavab verən namizədlər əvvəlcə Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlərin İngilis dili və Fizika, Riyaziyyat (azərbaycan dilində) üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq. İmtahandan uğurla keçən namizədlər proqrama cəlb ediləcəklər.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Hava məkanının modelləşdirilməsi üzrə mühəndis
Son tarix 22 may 2025 Müraciət e
Təsvir
- Hava məkanının modelləşdirilməsi prosesinin keyfiyyətli həyata keçirilməsi və onun təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsini təmin etmək;
- Mövcud avadanlığı, proqramları, hava məkanının modelləşdirilməsi sahəsində proqnoz, analiz, tətqiqat, tapşırıq və hesabatların tərtıbatı üçün lazımi materialları bilmək və düzgün tətbiq etmək;
- Aşağıda qeyd olunanları yerinə yetirmək məqsədi ilə xüsusi proqram təminatından istifadə etməklə mövcud hava məkanında hava hərəkəti şəraitinin/vəziyyətinin kompyüter modelləşdirilməsini həyata keçirmək:
- hava məkanının gözlənilən yüklənməsini müəyyənləşdirmək;
- HHİ dispetçerlərinin gözlənilən yüklənməsini müəyyənləşdirmək;
- hava hərəkətində proqnozlaşdırılan gecikmələri müəyyənləşdirmək;
- hava məkanının buraxılış qabiliyyətini müəyyənləşdirmək.
- Hava məkanının yuxarı və aşağı səthi marşrutlarının işlənib-hazırlanmasına dair işlərin yerinə yetirilməsində iştirak etmək.
Tələblər
- Vətəndaşlıq: Azərbaycan Respublikası vətəndaşı olmaq;
- Yaş: 22-40 yaş aralığında olmaq;
- Təhsil: Ali təhsil (müvafiq sahə üzrə);
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – səlis;
- Riyazi və analitik bacarıqlar;
- Məsuliyyət və intizamlı olmaq;
- Komandada çalışmaq bacarığı.
Əlavə Qeydlər:
- Hava məkanının simulyasiyası üçün kompyüter proqramları barədə biliklər;
- ICAO və HHİ sahəsində rəhbər sənədlərin tələblərini bilmək.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1 ilədək
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Hava hərəkəti İdarəsi Aeronaviqasiya məlumat mərkəzi, NOTAM - ofis mühəndisi
Son tarix 21 may 2025 - Müraciət et
Təsvir
NOTAM - ofis vasitəsi ilə göndərilən məlumatın xassəsini bilməlidir:
- NOTAM vasitəsi ilə nəşr edilməsi üçün lazım olan aeronaviqasiya məlumatlarının alınması mənbəyi;
- Dinamik və digər məlumatların, eləcə də NOTAM-ofisin iş texnologiyasının işlənib-hazırlanma proseduru;
- Aeronaviqasiya və digər NOTAm tərəfindən göndərilənməlumatların təqdim edilməsi forması;
- ICAO-nun DOC 8400 olan və NOTAM-da nəşrlə əlaqədar vacib və eyni olmalı ixtisarları və kodları;
- AIRAC sistemi üzrə informasiyanın təşkilinin tarixi;
- NOTAM düzgün təşkili üçün vacib olan ICAO kodları;
- NOTAM vasitəsi ilə alınan deşifrovka qaydası;
- Məlumatlar bazasının aparılması və prosedur işlənmələrinin ümumi səviyyəsi;
- Uçuşqabağı məlumatların bülleteninin təşkil edilməsi prinsipləri.
Tələblər
- Təhsil: Ali ixtisas təhsili;
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – səlis, Rus – orta;
- Kompüter bilikləri (Word, Excel);
- Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
- Danışıqların Aparılması Bacarığı;
- Qərar Vermə Bacarığı;
- Problemi Həll etmə Bacarığı;
- Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
- Komandada İşləmə Bacarığı.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- İş yeri - Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.