Azerbaijan Airlines
Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri
Son tarix 14 yan 2025 - Müraciət et
Təsvir:
- Lənkəran Hava Limanı, “Lənkəranaeronaviqasiya”
- Gəncə Hava Limanı, “Gəncəaaeronaviqasiya”
- Qəbələ Hava Limanı, “Qəbələaeronaviqasiya”
- Naxçıvan Hava Limanı, “Naxçıvanaeronaviqasiya”
- Füzuli Hava Limanı, “Füzuliaeronaviqasiya”
- Zəngilan Hava Limanı, “Zəngilanaeronaviqasiya”
- Xaçmaz Dispetçer məntəqəsi
Vəzifə öhdəlikləri:
- Hava hərəkətini idarəetmə dispеtçеri öz məsuliyyət zonasının müəyyən olunmuş sərhəd hüdudlarında radiotexnika və radiоlоkasiya vasitələri istifadə edərək hava gəmilərinin hərəkətini idarə еtmək;
- Hava gəmilərinin hərəkətinin idarə оlunması prоsеsində hava hərəkətinin təhlükəsizliyinə dair, hərbi hava qüvvələrı və hava hərəkətinin idarə оlunması üzrə qоnşu dispеtçеr məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək;
- Hava gəmilərinin hеyətlərinə uçuşun yеrinə yеtirilməsi haqqında dəqiq və vaxtında zəruri göstərişlər və məlumat vеrmək;
- Nəzarət еtdiyi yaхın zоnalarda hava və mеtеоrоlоji vəziyyəti öyrənib təhlil еdir, hava gəmilərinin təhlükəli mеtеоtəzahür zоnasına daxil olmasının qarşısını almaq üçün tədbirlər görmək;
- Hava gəmilərinin təhlükəsiz hərəkəti təmin оlunmadıqda hava gəmilərinin hеyətlərinə uçuşların yеrinə yеtirilməsini qadağan еtmək.
Tələblər:
- Vətəndaşlıq: AR vətəndaşı olmaq;
- Təhsil: Ali Aviasiya ixtisas təhsili;
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri;
- Analitik düşüncə qabiliyyəti;
- Məsuliyyət və intizamlı olmaq;
- Komandada çalışmaq bacarığı.
Əlavə qeydlər:
- Təyinatı üzrə işləyəcəyi bölgə sakini olan namizədlərə üstünlük veriləcək;
- DMAA-nin Dispetçer üzrə Şəhadətnaməsi olan namizədlərə üstünlük veriləcək.
“Füzuliaeronaviqasiya” Brifinq-ofis dispetçeri
Son tarix 28 dek 2024 Müraciət et
Təsvir:
- HG heyətindən və ya aviaşirkət nümayəndəsindən FPL uçuş planının qəbul edilməsi, onun formata uyğunluğunun, düzgün və tam doldurulmasının yoxlanılması və uçuş planının xarici dövlətlərin AİP-də göstərilən tələb olunan ünvanlara göndərilməsi;
- Zəruri olduqda, FPL-in hava hərəkəti xidməti məqsədləri ilə münasib şəkildə işlənməsi üçün tədbir görülməsi, tərtibatçıya uçuş planının qəbul edilməsi və ya ona düzəlişlər edilməsi haqqında məlumat verilməsi;
- FPL ilə assosiasiya olunan məlumatların (JHG, DLA, JNL, DEP, ARR, RQP, RQS, SPL, AFİL) vaxtında qəbul edilməsi və təminatının həyata keçirilməsi;
- APL və onunla assosiasiya olunan məlumatların təminatı məsələlərinə dair Eurocontrol ilə qarşılıqlı əlaqənin həyata keçirilməsi;
- HG heyətinə AMetM tərəfindən hazırlanmış meteoroloji bülletenin təqdim edilməsi;
- HG heyətinə uçuşqabağı informasiya-konsultasiya xidmətinin təqdim edilməsi;
- Uçuşların sutkalıq planının hazırlanması.
Tələblər:
- Vətəndaşlıq: Azərbaycan Respublikası vətəndaşı olmaq;
- Təhsil: Ali ixtisas təhsili;
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta, Rus – orta;
- Kompüter bilikləri (Word, Excel);
- Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
- Danışıqların Aparılması Bacarığı;
- Qərar Vermə Bacarığı;
- Problemi Həll etmə Bacarığı;
- Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
- Komandada İşləmə Bacarığı;
- Məsuliyyət və intizamlı olmaq;
- Komandada çalışmaq bacarığı.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- İş yeri - Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat