Azerbaijan Airlines
İnsan Resursları Biznes Partnyoru (HR Business Partner)
Son tarix 18 dek 2024 - Müraciət et
Təsvir
- Biznes funksiyalarının səmərəliliyini artırmaq məqsədilə vəzifələri və təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq edilməsi;
- İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, uyğun namizədlərlə müsahibələrdə iştirak edilməsi, təyinatların verilməsi proseslərinə nəzarət edilməsi;
- Performansın idarəedilməsi sisteminə uyğun olaraq Partnyoru olduğu struktur bölmələrin əməkdaşlarının inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları ilə bağlı təhlilin düzgün aparılması üçün birbaşa rəhbərlərin istiqamətləndirilməsi;
- İşçi saylarının ştat cədvəlində nəzərdə tutulmuş saydan artıq olmamasına nəzarət edilməsi, əmək haqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə olunmasında iştirak edilməsi;
- Struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak edilməsi, təkliflərin verilməsi və sənədləşdirmə prosesində dəstək göstərilməsi;
- İnsan resursları üzrə layihələrdə aktiv iştirak edilməsi, müvafiq proseslərin icrasına dəstək göstərilməsi və təyin edilmiş sahələr üzrə cavabdehliyin daşınması;
- Komanda ruhunun yüksəldilməsi, iş fəaliyyətində effektivliyin artırılması, maddi və qeyri-maddi motivasiya sistemlərinin formalaşdırılmasında dəstək göstəriləməsi;
- İşdən çıxan işçilərlə son müsahibələrin aparılması üzrə lazımi tədbirlər görülməsi.
Tələblər
- Təhsili: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə)
- İş təcrübəsi: İR transformasiya prosesləri üzrə (işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, təlim və inkişaf, güzəşt və mənfəət) ən azı 5 (beş) il;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst), Rus dili (arzuolunandır)
- Komputer bilikləri: MS Office (Outlook, Word, Excel, PowerPoint) proqramlarında işləmə bacarığı
- Qanunvericilik üzrə biliklər: AR Əmək Məcəlləsi;
- Digər bacarıqlar: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşünmə və özünü inkişafı təbliğ etmə bacarıqları.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu;
Vakansiya haqqında
- Son tarix dekabr 17, 2024
- Paylaşılıb dekabr 4, 2024
- Vakansiya növü Tam ştat
Hava məkanı istifadəçiləri ilə iş üzrə mütəxəssis
Son tarix 04 yan 2025 Müraciət et
Təsvir
- Hava məkanı istifadəçilərinin siyahısının dəyişmə tendensiyasını araşdırmaq və Mərkəz rəisini məlumatlandırmaq;
- Azərbaycan Respublikası hava məkanının potensial istifadəçiləri və istifadəçi aviaşirkətlərin cədvəlinin mütəmadi mövsümqabağı (qış, yay) analizini yerinə yetirmək;
- NOP Portal Eurocontrol və Flightradar 24 analitik təhlili vasitəsi ilə Azərbaycan Respublikası hava məkanından potensial istifadəçi bazarının daimi xülasəsini həyata keçirmək;
- Aeronaviqasiya xidmətlərinə görə rüsumların/yığımların həyata keçirilməsi məqsədi ilə «naməlum» kateqoriyasında olan aviaşirkətlərlə kontakt yaratmaq (əlaqəyə girmək).
Tələblər
- Vətəndaşlıq: AR vətəndaşı olmaq;
- Yaş: 22-40 yaş aralığında olmaq;
- Təhsil: Ali aviasiya və ya ali texniki təhsil;
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – səlis;
- Məsuliyyətli və intizamlı olmaq;
- Analitik qabiliyyət və bacarıq.
Əlavə Qeydlər:
- Statistik məlumatların emalı üçün kompyüter proqramlarını bilməli;
- Microsoft Office kompyüter proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- Ali aviasiya təhsili olmadıqda aeronaviqasiya sahəsində 3 illik iş təcrübəsi.
Vakansiya haqqında
- Son tarix dekabr 7, 2024
- Vakansiya növü Tam ştat