Azerbaijan Airlines
Yerüstü xidmət təlimləri və logistika üzrə meneceri
Son tarix 10 noy 2025 - Müraciət et
Təsvir
- Hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsi proseslərinin beynəlxalq tələblərə uyğun təşkilini təmin edən tədbirlər planının hazırlanması;
- IATA AHM 560/565 və digər normativ sənədlərin işlənib hazırlanmasında iştirak və bu sənədlərin yerüstü xidmət təminatçılarına təqdim edilməsinə nəzarət;
- Yerüstü Xidmət İdarəsinin əməkdaşları üçün təlim proqramlarının hazırlanması, tətbiqi və zərurət yarandıqda ixtisasartırma təlimlərinin təşkili (o cümlədən yeni işçilərin ilkin və dövri təlimləri);
- Aviaşirkətin logistika əməliyyatlarında iştirak, sifarişlərin icrası və nəzarətin təmin edilməsi;
- Hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsi üzrə yerüstü xidmət personalına tədrisin keçirilməsi və müvafiq sertifikatların verilməsinin təmin edilməsi.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Rus dili – Yaxşı;
- Sahə üzrə minimum 2 illik təcrübə;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş qrafiki
- 5 günlük iş rejimi, Saat: 09:00-18:00
İş Yeri
- Heydər Əliyev adına Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.