Azerbaijan Airlines
Loyallıq İdarəsi/Biznesin inkişafı şöbəsi/Müştəri təcrübələri üzrə aparıcı mütəxəssis
Son tarix 05 sen 2025 Müraciət et
Təsvir
- Komandanın fəaliyyət istiqaməti üzrə məhsulun optimallaşdırılması və innovativləşdirilməsi üçün davamlı işlərin aparılması;
- Loyallıq proqramının performansını və kampaniyaların effektivliyini izləmək məqsədilə hesabatların hazırlanması;
- Müştəri loyallığı və məmnuniyyəti ilə bağlı trendləri müəyyən etmək üçün müştəri məlumatlarının təhlil edilməsi;
- Məhsul üzrə tətbiq olunan yeni təşəbbüslərin və dəyişikliklərin müştərilərə təsirinin ölçülməsi;
- Biznes tapşırıqlarına əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiqi;
- Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsullar üzrə journey araşdırılması və təkliflərin hazırlanması;
- Tətbiq olunmuş model və yanaşmaların izlənməsi və optimallaşdırılması.
Tələblər
- Ali təhsil (Bakalavr dərəcəsi);
- Müvafiq sahədə minimum 3 il;
- Azərbaycan dili (C2 - Sərbəst), İngilis dili (C1 - Yaxşı), Rus dili (C1 - Yaxşı);
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) - Əla səviyyədə;
- SQL (MSSQL, T-SQL), Power BI, Python bilikləri;
- Güclü ünsiyyət (yazılı və şifahi), danışıqlar aparma, problem həll etmə, komandada işləmə və təqdimat bacarıqları;
- Müştəri təcrübələri (Customer Experience) üzrə sertifikatların olması üstünlükdür.
İŞ ŞƏRAİTİ:
- İş qrafiki: 5 günlük (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Mürcaiət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.
Strategiya və Biznesin İnkişafı İdarəsi/Hava limanı xidmətləri layihələrinin idarə edilməsi/Layihə meneceri (mütəxəssis)
Son tarix 05 sen 2025 Müraciət et
Təsvir
- Layihələrin planlaşdırılması, icrası və nəzarətinin təmin edilməsi;
- Layihə resurslarının (insan, vaxt, maliyyə) səmərəli istifadəsini təmin etmək;
- Layihə vaxt cədvəlinin tərtib edilməsi və müvafiq olaraq izlənməsi;
- Layihə mərhələlərinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi və ümumi layihələrin reyestirinin aparılması;
- Mövcud əməliyyat proseslərinin təhlil edilməsi və optimallaşdırılmasına dair təkliflərin hazırlanması;
- Yeni (innovativ) layihələr üzrə araşdırılmaların aparılması və yeni müvafiq layihələrin icrasının təklif edilməsi;
- Məlumatların toplanması, təhlil edilməsi və nəticələrin düzgün şəkildə təqdim olunması;
- Layihə nəticələrinin monitorinqi və müvafiq analizlərin aparılması;
- Məlumat təhlili əsasında qərar qəbul etməyə dəstək verilməsi;
- Layihələr üzrə müvafiq prosedur sənədlərinin hazırlanması və izlənilməsi.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Maliyyə, menecement və ya iqtisadi yönümlü);
- Layihələrin idarə edilməsi və ya müfaviq sahədə 3 il iş təcrübəsi;
- Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint, layihələrin idarə edilməsi alətləri (Misal üçün, Trello) – əla səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yüksək) Rus dili (yaxşı).
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.