Azerbaijan Airlines
Rəsmi Şəxslərə, Nümayəndələrə və VİP Sərnişinlərə Xidmət üzrə Baş İdarə/Xidmətin təşkili üzrə menecer
Son tarix 26 mar 2025 - https://jobs.glorri.az/vacancies/azal/azal-resmi-sexslere-numayendelere-ve-vip-sernisinlere-xidmet-uzre-bas-idarexidmetin-teskil-4710?source=JobSearch
Təsvir
- Xidməti zallardan istifadə edən sərnişinlərə, onları yola salan və qarşılayan şəxslərə, təsdiqlənmiş menyulara, zallar üzrə müvafiq qaydalara uyğun yüksək keyfiyyətli xidmət göstərməsinə nəzarət etmək;
- Qida və məişət məhsullarının gündəlik hərəkətinin və qalığının qeydiyyatını və hesabatını müvafiq jurnallarda aparılmasına və bu hesabata əsasən onların gündəlik sifarişinin verilməsinə nəzarət etmək;
- Bütün zallara baxış keçirərək təmizlik və nizam-intizama riayət edilməsinə nəzarət etmək;
- Sərnişinlərin xidmətdən məmnunluğunu təmin etmək məqsədilə işçilər tərəfindən sərnişinlərə göstərilən xidmətin keyfiyyətinə nəzarət etmək;
- Xüsusi geyim formasının daim təmiz və səliqəli olmasına, təsdiqlənmiş xüsusi geyim formasına uyğun gəlməsinə nəzarət etmək;
- İstifadə olunmuş qab-qacaqların yuyulmasına, silinməsinə, istifadəyə yararlı olub-olmamasına, qablarda çat və sınıq aşkar edildiyi halda dərhal istifadədən çıxarılmasına nəzarət etmək;
- Sərnişinlər üçün nəzərdə tutulan ərzaq və qida məhsullarının işçilər tərəfindən istifadə edilməməsinə nəzarət etmək;
- Zallara mütəmadi baxış keçirərək qeydə alınmış uyğunsuzluq və nasazlıqların (sıradan çıxmış lampa, su xəttində nasazlıq, məişət avadanlığının sıradan çıxması, yanma qoxusu, elektrik xəttində nasazlıq, masa və oturacaqlarda zədələr) aradan qaldırılmasına nəzarət etmək.
Tələblər
- Təhsil: Bakalavr/Magistr təhsili;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Rus dili - Yaxşı;
- İdarəetmə sahəsində minimum 3 illik təcrübə;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- İdarəetmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı.
İş rejimi:
- 5 günlük.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Magistr