“Azərbaycan Kredit Bürosu” MMC (AKB) məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.
AKB hazırda 140-dan artıq təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə Data Analitik axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Data Analitik
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: 2500-3000 manat
Müraciət üçün son tarix: 30.04.2021
Vəzifə öhdəlikləri:
• Məlumatların analizi, vizuallaşdırılması, və əldə olunan nəticələrin təqdimatı;
• İstifadədə olan kredit skorinq modelinin perfromansina nəzarət, modelin “back-testing” edilməsi;
• Mövcud modelin təkmilləşdirilməsi üçün fərqli modellərin hazırlanması, müqayisəsi və dəyərləndirilməsi;
• Məlumatlar bazasından istifadə edərək banklar üzrə fərdi və ümumi analzilərin aparılması, əldə olunan nəticələrin vizuallaşdırılıması və təqdimatı;
• Kredit riskinə təsir edə biləcək dəyişənlərin araşdırılması.
Namizədə qoyulan tələblər:
• Riyaziyyat, Statistika, İqtisadiyyat və ya hər hansı müvafiq sahə üzrə ali təhsil (xaricdə təhsil olması üstünlükdür);
• Bank sahəsi və kredit risklərinin dəyərləndirilməsi üzrə iş təcrübəsi -üstünlükdür;
• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yüksək, Rus dili – üstünlükdür;
Bacarıq və biliklər:
• Statistik proqramlaşdırma dillərindən hər hansı biri (R və ya Python, SQL) üzrə ən azı 2 illik iş təcrübəsi;
• Statistik modelləşdirmə (xətti və qeyri-xətti modellər) üzrə ən azı 2 illik iş təcrübəsi.
• Data analitakası və vizuallaşdırma bacarıqları;
• Müstəqil araşdırma qabiliyyətinə malik olması;
• Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmə;
• İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlis izah etmə;
CV-ni “Data Analitik” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.