Avrora şirkəti “İstehsal üzrə mühasib” vakansiyası elan edib.
Vakansiya üzrə əsas vəzifə öhdəliklər :
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və plandan kənarlaşmaların aşkar edilməsi;
• İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
• İstehsal xərclərinin bölüşdürülməsi;
• Anbar qalıqlarının uçotunun aparılması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması;
• İnventarların hərəkətinə və qalıqlarına nəzarətin həyata keçirilməsi;
• Debitor və kreditorların uçotunun aparılması.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :
• Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
• Təhsil : İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə;
• İş təcrübəsi : Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi;
• Dil bilikləri : Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlükdür;
• Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (yüksək səviyyədə Excel).
Bizim iş şərtləri :
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Sulutəpə.
Biz nə təklif edirik :
• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.