Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət Bakı şəhəri üzrə “Kosmetologiya meneceri” vəzifəsinə qadın namizədləri dəvət edir.
İş barədə məlumat:
• Cavabdeh olduğu brendin müəyyən sahə üzrə satışını təşkil edir;
• Cavabdeh olduğu sahə üzrə işlədiyi müştərilərin məlumat bazasını yaradır;
• Satış hesabatının, bazarın mütəmadi olaraq monitorinqinin aparılmasını və bu nəticələrin satış hesabatında əks edilməsini təmin edir;
• Satışın planlaması və tələbata uyğun olaraq ərazilərə və müştərilərə ötürülməsini həyata keçirir;
• Müəyyən tədbirlərin ( “dəyirmi masalar”, yığıncaqlar, konfransların) təşkil edilməsini təmin edir;
• Məhsula aid müəyyən aksiyaların təşkil edilməsi və tətbiqini təmin edir;
• Şirkətlə Alıcı arasında debitor borclara nəzarət edir və müəyyən edilmiş vaxtda borcun bağlanmasını təmin edir.
Tələb olunan bilik və bacarıqlar:
• Ali Tibbi təhsil
• Marketinq sahəsində ən az 3-4 il iş təcrübəsi
• Xarici dil ( ingilis və rus dili)
• Analitik bacarıqlar
• İşgüzar ünsiyyət etikası
• Kommunikasiya bacarıqları
• İşgüzar yazışma bacarığı
• Planlaşdırma bacarığı
• MS office, 1C
Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 12.12.2020-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kosmetologiya meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.