FED.az xəbər verir ki, “Avromed Company” Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "eManat" işçi axtarır - VAKANSİYA
Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi:
- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
- Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
- Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir və büdcə rəqəmləri ilə fakitiki mühasibat qeydlərinin fərqlərini analiz edir;
- Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə şöbə rəhbərini məlumatlandırır;
- Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
- Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün təkliflər verir;
- Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
- Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəllərinin mütəmadi olaraq yenilənməsini təmin edir;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
- Gəlir və xərclərin təhlilini aparır;
- Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir;
- Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir.
Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
- İşə münasibətdə yüksək fəallıq və məsuliyyət nümayiş etdirmək tələb edilir.
• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
• Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi, (Big Four Audit şirkətlərində çalışan mütəxəsislərə üstünlük verilir)
• Maliyyə hesabatlarının hazırlanması üçün 1C, proqramından müvafiq məlumatların təmin edilməsi və düzəlişlərin edilməsi
• Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
• Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3,F7 olması F9 üstünlükdür.
Dil bilikləri:
• Azərbaycan dili – əla
• İngilis dili – yazı əla, danışıq orta
• Rus dili – tələb deyil, üstünlük verilir.
Peşə bacarıqları:
• Riyazi təfəkkür
• Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
• Səbir, təmkin və detallara diqqət
• Təzyiq altında işləmək qabiliyyəti
• Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;
Maraqlananlar CV-lərini “[email protected]” elektron poçt ünvanına 01.06.2020-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.