FED.az xəbər verir ki, "Atəşgah" Sığorta Şirkəti şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Namizədə tələblər
• Yaş: 23-30
• Təhsil: Ali və ya orta texniki
• İş təcrübəsi: qeyd olunan vəzifə üzrə minimum 1 il
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
• Texniki sənədləri tərtib etmək təcrübəsi
• “Routing” və “Switching” , VLAN, Xarici və daxili şəbəkə bilikləri
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
Şəbəkə sahəsi:
• Sadə şəbəkə sisteminin qurulması,
• Marşrutlanma avadanlıqlarının (Routers) və WIFI avadanlıqlarının (Access Points) quraşdırılması,
• Paylayıcıların (Switches) quraşdırılması.
• İP adresslərin hesablanması və paylanması
Rabitə sahəsi:
• VOİP soft (3cx Phone System,Asterisk) və ya fiziki ATS-lərin proqram təminatları.
• Proqramın quraşdırılması və sazlanması, İP telefonlarla işləmə (quraşdırılma,sazlanma və problemin həlli)
• Mobil avadanliqların (GSM gateways) quraşdırılması və sazlanması
Sistem sahəsi:
Microsoft Serverlər ailəsi bilikləri
• Active Directory
• DNS
• DHCP
• Print Server
• DFS (File Server)
• Mail Server
Virtual sistemlər:
• VMware
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 450 AZN
• Sınaq müddətindən sonra 500 AZN
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur
“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.