“Qaynaq üzrə mühəndis” vəzifəsinə vakansiya elan edir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
Əmək haqqı: Müsahibənin nəticəsinə uyğun olaraq müəyyən ediləcəkdir.
İş şəraiti
• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar və nəqliyyat servisi müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
• Cizgiləri oxuma bacarığı;
• Cizgi üzərindən qaynaq prosesinə və metal konstruksiya yığımına nəzarət;
• Qaynaq prosedurlarının hazırlanması və tətbiqi;
• Mexaniki cizgilərin analizi;
• Mexaniki cizgilər üzərində yarımfabrikat və tam məhsulların uyğunluq baxışının keçirilməsi;
• Tələb olunan xammallara (metal, elektrod və s.) giriş nəzarətinin tətbiqi;
• Fotoraport, akt, protokol və prosedur üzrə tələb olunan sənədləşmələrin aparılması.
Tələblər:
• Ali təhsil (mühəndis ixtisaslı),
• İxtisas üzrə minimum 3 il iş təcrübəsi,
• EN standartı əsasında qaynaq mühəndisi kimi fəaliyyətini təsdiq edən sertifikatı olmalı;
• Qaynaq tikişlərinin yoxlanılması, istehsal prosesləri və metalkonstruksiya birləşmələrinə nəzarətin tətbiq edilmə qaydalarını bilməli;
• Qaynaq sahəsi üzrə prosedur və təlimatların hazırlanma qaydalarını və tətbiqini həyata keçirə bilməli;
• Kompüter bilikləri - Excell və MS office proqramları,
• İSO9001, İSO22000 standartlarını bilmək,
• Azərbaycan, Rus və İngilis dili,
• Fikrini izah etmək qabiliyyəti,
• Ünsiyyət yaratmaq bacarığı,
• İşə planlı yanaşması,
• Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Qaynaq üzrə mühəndis” e-mail də mövzu (subject) bölməsində göstərin.