FED.az xəbər verir ki, "ASB Bank" risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA
Ümumi məlumatlar:
• Ali İqtisadi təhsil;
• İngilis və rus dili bilikləri;
• Müvafiq sahə üzrə minimum 2 il iş stajı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
• CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.
İş haqqında məlumat
• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
• Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
• Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında risk xəritələrinin hazırlanması;
• İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
• Risklərin idarə edilməsi sahəsi üzrə departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və risklərin idarə edilməsi komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.
İş şərtləri: Bazar ertəsi - Cümə