FED.az xəbər verir ki, “ASB bank” İddiaların Tənzimlənməsi üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Ali təhsil
- MS Office proqramlarında işləmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır)
- Analiz etmə və dəyərləndirmə bacarığı olmalı
- Mülki Məcəllə bilikləri olmalı
- B kateqoriyalı sürücülük vəsiqəsi olması üstünlükdür
- Sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür
- Sığorta qanunvericiliyini bilməsi üstünlükdür
Vəzifə və öhdəliklər:
- Sığorta sənədlərinin hesabatlarının hazırlanması
- İlkin olaraq baş verən hadisə haqqında məlumatları və sığorta hadisələrinə dair məlumatları sistemə daxil etmək
- Sığorta hadisələrinin qanunvericiliyə uyğun tənzimlənməsi
- İcra edilən bütün işlərin arxivlənməsi
- Aktların təqib cədvəlinin və müvafiq hesabatların hazırlanması
- İştirak etdiyi sığorta hadisələrinin tənzimlənməsi prosesinin koordinasiya edilməsi
- Sığorta hadisələrinin qeydə alınması və müvafiq sistemə yüklənməsi
- Qanunvericiliyin müvafiq məsələlər üzrə daimi izlənilməsi.
Əlavə məlumat:
- Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi 10 fevral 2020-ci il tarixinədək[email protected] və [email protected] elektron poçtuna göndərə bilərsiniz.
- Email-in mövzu hissəsində “İddiaların Tənzimlənməsi üzrə Kiçik Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.