Araz Supermarketlər Şəbəkəsi Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
- Ay ərzində işlənmiş bütün xərc və gəlirlərin əvvəlki aylarla müqayisə edilməsinə və mühüm fərqlərin araşdırılmasına, uyğunsuz fərqlər aşkar edildikdə həlli üçün addımlar atılmasına nəzarət etmək;
- Müəssisənin maliyyə vəziyyətinin iqtisadi təhlil edilməsini təmin etmək;
- Optimizasiya məqsədilə hazırlanmış təhlillər əsasında təkliflər vermək;
- İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlanmasını təmin etmək;
- Maliyyə uçotunun təşkilini təmin etmək;
- Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
- Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
- Maliyyə vəziyyəti haqqında məlumat və proqnozların hazırlanmasını təmin etmək;
- Analitik təhlili və optimal həll yollarının araşdırılması proseslərinin həyata keçirilməsini təmin etmək;
- Aparılmış təhlil nəticəsində hazırlanmış müvafiq sənədlərin rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək.
Tələblər:
- Ali təhsil;
- Minimum 1 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
- Yüksək səviyyədə MS Office proqramları biliyi;
- Xarici dil biliyi üstünlükdür.
Təminatlar:
- Servis xidməti;
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.