Araz Supermarketlər Şəbəkəsi Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- ISO 9001:2015, FSSC 22000 beynəlxalq standartlarının tələblərini tətbiq etmək və tələblərə müvafiq normativ sənədləri hazırlamaq.
- İnteqrasiya edilmiş İdarəetmə Sistemini (İİS) qurmaq.
- Şirkətin bölmələrində beynəlxalq standartlar üzrə uyğunluğunun daxili auditini təşkil etmək və həyata keçirmək
- Daxili auditlərin keçirilməsinə dair illik hesabatı hazırlamaq
- İİS-nin Ali Rəhbərlik tərəfindən təhlili üçün illik hesabatı hazırlamaq
- ISO 9001:2015, FSSC 22000 beynəlxalq standartları üzrə Şirkətin sertifikasiyaya hazırlığını və beynəlxalq sertifikatlaşdırıcı orqan tərəfindən sertifikasiyasını təşkil etmək.
- İnteqrəedilmiş sistem üzrə daxili auditin, sertifikasiyanın (təkrar sertifikasiyanın) və inspeksiya yoxlamalarının nəticələrinə görə təshihedici tədbirlərin işlənilməsini təşkil etmək, Şirkətin bölmələri tərəfindən təshihedici tədbirlərin yerinə yetirilməsini yoxlamaq
- Şirkətdə İİS-nin işlək vəziyyətdə saxlanılmasına və yaxşılaşdırılmasına dair işləri təşkil etmək
- Mağazalarda qida təhlükəsizliyinə dair tələblərin yazırlanmasında, mağaza işcilərin təlimləndirilməsində iştirak etmək
- Mağazaların auditində iştirak etmək
- Tədarükçünün Dəyərləndirilməsi auditində iştirak etmək
- PEST kontrol sistemini qurmaq və icrasını həyata keçirmək;
Tələblər:
- Ali texniki təhsil ;
- Qida sahəsində müvafiq istiqamət üzrə ən azı 3 il iş təcrübəsi;
- Rus və ingilis dili bilikləri arzuolunandır;
- ISO 9001 və FSSC 22000/ISO 22000 üzrə daxili auditor sertifikatı olmalı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri (MS Office)
Təminatlar:
- Servis xidməti;
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.