FED.az xəbər verir ki, "Araz supermarket" Gəlir və xərclər üzrə mühasib (istehsalat üzrə) vakansiyası üzrə işə qəbul elan edir.
Eləcə də bax: "FMCG Company" işçi axtarır - VAKANSİYA
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının izlənməsi və nəzarət edilməsi;
Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə);
Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 1 illik iş təcrübəsi;
Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
ERP sistemləri üzrə bilik və təcrübəli olmalı, MS Excel üzrə biliklərə sahib olmalı, LOGO proqram təminatı biliyi üstünlükdür;
Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
Reseptura ilə kalkulyasiya hesablama təcrübəsi, istehsalat təcrübəsi;
Təminatlar:
Servis xidməti;
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Gəlir və xərclər üzrə mühasib (istehsalat üzrə)” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.