FED.az xəbər verir ki, "Araz" market İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
Şirkətin siyasətinə uyğun ictimaiyyətlə əlaqələr strategiyasını hazırlamaq, ictimaiyyətlə əlaqələr kampaniyalarını müəyyən etmək, hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
Yerli, beynəlxalq sərgilərdə və digər ictimai tədbirlərdə şirkəti təbliğ etmək, bu istiqamətdə ictimaiyyətlə əlaqələr kampaniyalarının təşkilinə və icrasına nəzarət etmək;
Şirkətin ictimai nüfuzunun və imicinin qorunması və möhkəmləndirilməsi yolunda fəaliyyətləri təşkil etmək və onlara nəzarət etmək;
KİV nümayəndələrinin müraciətlərinə vaxtında baxılmasını və cavablandırılmasını təmin etmək;
Şirkətdə əlamətdar tədbirlərin həyata keçirilməsini müvafiq struktur bölmələrlə birlikdə təmin etmək;
İctimaiyyətlə əlaqələr fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə şirkət daxili və şirkət xarici əlaqələrin genişlənməsini təşkil etmək
Tələblər:
Ali təhsil;
İctimaiyyətlə əlaqələr və ya media-televiziya sahəsində fəaliyyəti üzrə rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi;
Yaradıcı düşüncəli, işinə həvəs və peşəkarlıqla yanaşması;
Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyətlərinin olması;
Media strategiyası, korporativ sosial məsuliyyət strategiyaları haqqında biliklərin olması;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Xarici dil biliklərinin olması arzuolunandır;
Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
Təminatlar:
Servis xidməti;
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “PR Manager” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.