Vəzifə: Anbardar köməkçisi (Tovuz,Saatlı,Xaçmaz)
İşin təsviri:
- Birbaşa anbardara tabedir və onun tapşırıqlarını yerinə yetirir;
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək ;
- Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə - boşaltma işlərini təşkil etmək;
- Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və inventarizasiyanın keçirilməsində iştirak etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
Namizədə olan tələblər:
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Nəqliyyat üzrə ali təhsil arzuolunandır.
İş şəraiti:
- 6 günlük iş norması – 1–5- ci günlər 7 saat, 6-cı günlər 5 saat
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbardar köməkçisi (Tovuz,Saatlı,Xaçmaz) ” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.
Vəzifə: 1C Operator
İşin təsviri:
- Bütün əməliyyatların1C sisteminə daxil edilməsi --Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət.
- Müraciət etmiş müştərilərin suallarını cavablandırmaq
- Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi. -Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi
Namizədə dair tələblər:
- Ali təhsil
- Yaş: 18-28
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel)
- Yüksək analitika qabiliyyəti
- Bu sahədə ən az 1 il iş təcrübəsi
İş şərtləri:
- İş yeri: Çinar Park, Əhməd Rəcəbli küç. (m. N. Nərimanov)
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqı: 400 azn
Maraqlanan namizədlər mövzu yerində “1C Operator” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.