Aqrar İnnovasiya və Təchizat Şirkəti
Aparıcı Hüquqşünas
Son tarix 02 mar 2023 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (hüquq sahəsi üzrə bakalavr və ya magistr səviyyəsində);
 - Vəkillik dərəcəsinin olması;
 - Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
 - Mülki, mülki-prosessual, əmək, həmçinin cinayət qanunverciliyini mükəmməl bilməli;
 - Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır) ;
 - MS Word və MS Excel proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalıdır;
 - Təşkilat və onun missiyasına yüksək sadiqlik;
 - Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində və tabeliyindəki əməkdaşlarla işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətlərinin olması.
 
Vəzifə öhdəlikləri:
- Məhkəmələrdə, Prokurorluq orqanlarında, bu və ya digər dövlət orqanlarında müəssisəni təmsil etmək;
 - Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
 - Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
 - Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
 - Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinin düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
 - Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
 - Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
 - Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;
 - Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
 - Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
 - Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
 - Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
 - Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir;
 - Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.
 
İş şərtlərimiz:
- Əmək haqqı:1500 AZN NET,
 - İş qrafiki : Tam iş günü 5 gün,
 - İş saatları: 08:30-17:30.
 - İş yeri:Çinar Park (Ə.Rəcəbli)
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







