FED.az xəbər verir ki, "Amburan" İK Baş mühasib vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Embawood" işçi axtarır - VAKANSİYA
Şöbə: Maliyyə
Məruzə etdiyi şöbə rəisi: Maliyyə Direktor
İş yeri: Amburan İK
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
Gündəlik olaraq satış çeklərinə əsasən ümumi satış üzrə yekun analiz hesabatını hazırlayıb baş ofisə e-mail vasitəsi ilə göndərmək.
Satış çeklərinə əsasən gəlir, debitor borc və pos terminaldan əldə olunan məbləği 1C proqramına əlavə etmək.
Kassadan məxaric və mədaxil olunan xərc və gəlirləri 1C proqramına əlavə etmək.
Gündəlik olaraq hər ötən gün üçün ümumi kassa analiz hesabatını tərtib etmək.
Avansın verilməsi və ona görə hesabatın hazırlanması
Anbara daxil olan malların giriş-çıxışına tam nəzarət
Əcnəbi vətəndaşlar üçün avia biletlərin sifarişi və alınması
Hər ayın əvvəlində ötən aya görə əmək haqqı siyahısını hazır edib işçilərə vermək
Hər ayın əvvəlində ötən aya görə içki satış hesabatını hazırlayıb tərtib etmək.
Hər ayın əvvəlində ötən aya görə 5% mükafat hesabatını hazırlamaq.
Mükafat cədvəlini ayrı-ayrı şöbələr üzrə hazırlayıb tərtib etmək.
HR Back Office proqramında anbardar tərəfindən qaimələr üzrə sistemə əlavə olunan mallara nəzarət edib yoxlamaq.
HR Back Office proqramına əlavə edilən malları və məbləğləri anbar dəftəri ilə üzləşdirirb yoxlamaq.
Müəyyən vacib sənədlərin ofisə göndərilməsini hazırlamaq.
Xəzinədarların işinə nəzarət.
Hər ayın sonunda bütün firmalarla aylıq borcun yoxlanılması,həmin borcun rəsmi və ya qeyri rəsmi qaydada ödənişlərinin həyata keçirilməsi
Catering iaşə xidməti ilə bağlı pərakəndə satış üzrə rəsmi və qeyri-rəsmi hesabatların hazırlanması
Kreditor və debitor firmaların yekun məbləğinin 1C proqramında yoxlanılması.
Anbarda işləyən işçini müəyyən günlərdə əvəz etmək.
Firmalardan gələn malların kodlaşdırılması və sistemə daxil edilməsi
Firmalarla nağd qaydada hesablaşma
Günəlik olaraq ötən günə görə kassalardan pulların təhvil-təslimi
Həftədə bir dəfə xəzinədarlarla bir araya gəlib bütün problemləri maksimum dərəcədə minimuma endirmək
Vergi və Maliyyə hesabatların hazırlanması
TƏLƏB OLUNAN BACARIQLAR
İşin tələb olunan vaxtda yerinə yetirilməsi
Təşəbbüskarlıq
Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması
Ünsiyyət qurma bacarığı
Peşəkar olmaq
BİLİK VƏ TƏCRÜBƏ:
Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi
Ali təhsil
Komputer bilikləri
Maliyyə hesabatçılıq prinsinpləri
E-mail: [email protected]