Azərbaycan Kredit Bürosu aşağıdakı vəzifə üzrə vakansiya elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 280-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşdırma Departamentinə Junior Project Manager axtarılır.
Vakansiya haqqında:
Departament: Rəqəmsallaşdırma Departamenti
Vəzifə: Junior Project Manager
Müraciət üçün son tarix: 28.02.2026
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Software layihələləri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması
- İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması)
- Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması
- Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması
- Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması
- Tələblərin prioritetləşdirilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi
- Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək
- Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması
- Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək
- İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması
Tələb olunan təhsil və iş təcrübəsi:
- Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi
- Task management alətləri ilə iş təcrübəsi
- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür)
- Orta səviyyə UI/UX bilikləri
- Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı
- Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı
- Operativ qərarvermə bacarığı və punktuallıq
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə)
- Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
- Test management alətləri ilə təcrübə
- Jira və ya oxşar bug tracking sistemləri ilə işləmə bacarığı
- Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri
- AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi
Digər bacarıqlar:
- Problemləri analiz etmək və effektiv həll yolları tapmaq bacarığı
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi
- Komandada işləmək bacarığı və yaxşı ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli və nəticəyönümlü yanaşma
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Junior Project Manager” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.











