Azərbaycan Kredit Bürosu (AKB) aşağıdakı vəzifə üzrə vakansiya elan edir.
FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 280-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin IT Departamentinə AI Engineer axtarılır.
Vakansiya haqqında:
Departament: İnformasiya Texnologiyaları Departamenti
Vəzifə: AI Engineer
Müraciət üçün son tarix: 20.02.2026
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Böyük dil modelləri və digər süni intellekt modelləri əsasında RAG (Retrieval-Augmented Generation) sistemlərinin dizaynı, qurulması və optimallaşdırılması:
- TensorFlow və/və ya PyTorch kitabxanalarında istifadə edərək dərin öyrənmə modellərinin yaradılması, öyrədilməsi, tənzimlənməsi (fine-tuning) və deployment prosessində iştirak;
- Python əsaslı backend servislərinin hazırlanması, AI modellərinin real-vaxt və batch rejimlərində API-lər üzərindən sistemlərə inteqrasiyası (FastAPI, Flask və Django istifadə etməklə);
- Məlumatların emalı, təmizlənməsi, modelması qurulması və modellərin keyfiyyətinin qiymətləndirilməsi üçün scikit-learn və digər alətlərdən istifadə;
- SQL verilənlər bazaları ilə işləmək, məlumatların çıxarılması, transformasiyası və AI sistemlərinə inteqrasiyas;
- Mövcud AI sistemlərinin monitorinqi, performansının izlənilməsi, problemlərin diaqnostikası və davamlı təkmilləşdirilməsi;
- Real məhsullarda (production) AI həllərinin stabil və miqyaslana bilən şəkildə işləməsinin təmin edilməsi;
- Komanda ilə sıx əməkdaşlıq edərək məhsul tələblərinə uyğun AI komponentlərinin hazırlanması və inteqrasiyası.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Kompüter elmləri, süni intellekt, riyaziyyat, proqram mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil (bakalavr və ya magistr);
- Süni intellekt və ya maşın öyrənməsi sahəsində ən azı 1 il real məhsullarda (production) iş təcrübəsi;
- TensorFlow və/və ya PyTorch ilə dərin öyrənmə modellərinin praktiki inkişafı üzrə təcrübə arzuolunandır;
- RAG sistemləri və ya oxşar retrieval-based generativ həllərin qurulması təcrübəsi;
- Python proqramlaşdırma dilində yaxşı səviyyədə backend proqramlaşdırma təcrübəsi (APIlər, servislər, deployment);
- Scikit-learn və digər müvafiq kitabxanalar, klassik ML alqoritmlərinin tədbiqi ilə model development sahəsndə təcrübə;
- SQL və verilənlər bazaları ilə iş təcrübəsi;
- Production mühitində modellərin monitorinqi və qısa zamanda tənzimlənməsi təcrübəsi.
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “AI Engineer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.










