FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) aşağıdakı vəzifə üzrə vakansiya elan edir:
Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 270-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə referent axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Referent
Vəzifə öhdəlikləri:
- Rəhbərliyin keçirdiyi görüş və iclasların hazırlanması işini (lazımi materialların toplanması, iştirakçıların vaxt, yer və gündəlik barədə xəbərdar edilməsi) təşkil etmək;
- Ümümi ofisə gələn zəngləri qəbul etmək, cavablandırmaq və aidiyyatı struktur bölməyə yönləndirmək;
- Ofisin kargüzarlıq işinin təşkil olunmasını və idarə olunmasını həyata keçirmək, daxil olan məktubları qəbul etmək, qeydiyyatını aparmaq və müvafiq struktur bölməyə yönləndirmək;
- Məktubların izlənməsi, poçt və email vasitəsilə göndərilməsinin təşkili;
- Vəzifə öhdəliklərini vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirmək.
Tələblər:
- Ali təhsil:
- Müvafiq sahədə 6 ay iş təcrübəsi
- MS ofis proqramları ilə işləmə bacarığı
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
- Komandada işləmək bacarığı
- Detallara diqqət
- Stresin idarə olunması
- Yüksək ünsiyyət barcarığı
- Təşəbbüskar olmaq
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “referent” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.