Azərbaycan Kredit Bürosu Flutter Developer vəzifəsinə vakansiya elan edir (3 aylıq)
FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşma departamentinə Flutter Developer axtarılır.
Vakansiya haqqında:
- Vəzifə: Flutter Developer
- Müqavilə müəddəti: 3 ay
- Müraciət üçün son tarix: 31.03.2025
Əsas vəzifə və öhdəliklər:
- Flutter istifadə edərək mobil tətbiqin (iOS və Android) hazırlanması və optimallaşdırılması
- Backend komandası ilə əməkdaşlıq edərək API-lərin inteqrasiyasını həyata keçirmək
- Kodun keyfiyyətini təmin etmək və performans optimizasiyası aparmaq
- Layihə çərçivəsində texniki sənədlərin hazırlanması
Tələb olunan bacarıqlar:
- Flutter ilə ən azı 2 illik təcrübə
- RESTful API və üçüncü tərəf kitabxanalarla işləmək bacarığı
- State Management (Provider, Riverpod, BLoC və s.) texnologiyaları üzrə bilik
- Mobil tətbiq performansını optimallaşdırmaq və debugging bacarığı
- Git və versiya nəzarət sistemlərində işləmək bacarığı
- Firebase, SQLite və ya digər verilənlər bazası texnologiyalarından istifadə təcrübəsi
- Agile/Scrum metodologiyaları ilə işləmək bacarığı üstünlükdür
- Vergi ödəyicisi olması mütləqdir (VÖEN)
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
- İOS və Android platformaları üçün native kod (Swift, Kotlin) bilikləri
- CI/CD proseslərinin idarə edilməsi təcrübəsi
- Play Store və App Store-a tətbiq yerləşdirmə təcrübəsi
- Portfolionun olması üstünlükdür
- SİMA, ASAN imza SDK-ları ilə iş təcrübəsi
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təcrübə: 3+ il Frontend proqramlaşdırma təcrübəsi.
- Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya müvafiq sahələrdə bakalavr və ya magistr dərəcəsi.
- Frontend texnologiyaları: JavaScript (ES6+), TypeScript, Vue 3, Nuxt.js 3, HTML5, CSS3, SCSS.
- State management alətləri: Pinia, Vuex, Vue Query,
- Monorepo alətləri: Turborepo, Nx və ya Lerna ilə iş təcrübəsi.
- Dizayn və UI alətləri: Tailwind CSS, Figma ilə iş təcrübəsi.
- Backend ilə inteqrasiya: RESTful API ilə işləmə təcrübəsi.
- Build və inkişaf mühiti: Vite, Webpack, Rollup, Vite, Docker və Kubernetes.
- Layihə idarəetmə alətləri: Jira, Confluence və s.
- Versiya idarəetmə sistemləri: Git, GitLab ilə iş təcrübəsi.
Digər bacarıqlar:
- Peşəkarlıq və məsuliyyətlilik.
- Vaxtın idarə edilməsi.
- Dinamik komandada işləmə bacarığı.
- Təşəbbüskarlıq və problemi həll etmə.
Müraciət üçün: CV-nizi “Flutter Developer” başlığı ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.