FED.az xəbər verir ki, “Agrico” LLC Satış təmsilçisi (Quba, Qusar, Xaçmaz və Ağdaş rayonları üzrə) vakansiyaları elan edir.
Eləcə də bax: “KredAqro” işçi axtarır - VAKANSİYA
İşin təsviri:
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə biznes münasibətlərinin yaradılması;
- Müştərilərlə görüşlərin təşkil olunması, günlük vizitlərin həyata keçirilməsi;
- Gübrələrin, toxumların və aqrokimyəvi maddələrin satışının həyata keçirilməsi;
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır;
- Satış həyata keçirən namizədlər əsas maaşdan əlavə bonuslarla da təmin ediləcəklər.
Tələblər:
- Satıcı-ekspeditor sahəsində təcrübəsi olması (zəruridir);
- Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
- Yaş: 21-40 arası;
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
- Yalnız kişi namizədlər nəzərdən keçirilir;
- Şəxsi avtomobil zəruridir (benzin və amortizasiya xərci şirkət tərəfindən qarşılanır).
Maraqlanan namizədlər mövzu yerində Quba rayonu üçün “Satış təmsilçisi (Quba)”, Qusar rayonu üçün “Satış təmsilçisi (Qusar)”, Xaçmaz rayonu üçün “Satış təmsilçisi (Xaçmaz)”, Ağdaş rayonu üçün “Satış təmsilçisi (Ağdaş)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.