Crystal Group of Companies
İş İcraçısı (Ağdam Layihəsi)
Son tarix 03 may 2026 - [email protected]
Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza məsuliyyətli və sahə proseslərini effektiv idarə edə bilən İş İcraçısı axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində işlərin gündəlik təşkilini və icrasını təmin etmək
- Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq
- Usta və fəhlə heyətinin işinə nəzarət etmək və iş bölgüsünü təşkil etmək
- İşlərin qrafikə uyğun icrasını təmin etmək
- Materialların düzgün istifadəsinə nəzarət etmək
- Sahədə yaranan problemlərin operativ həllini təşkil etmək
- Görülən işlər barədə gündəlik və həftəlik hesabatların hazırlanması
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət
Tələblər:
- Mütləq inşaat sahəsi üzrə ali təhsil
- Mütləq tikinti sahəsində minimum 3 il iş təcrübəsi
- Tikinti prosesləri üzrə güclü praktiki biliklər
- Komanda idarəetmə və təşkilatçılıq bacarığı
- Məsuliyyətli, intizamlı və operativ olmaq
- MS Office proqramlarında işləmə bacarığı
Təklif edirik:
- Rəqabətli əmək haqqı
- Böyük layihədə çalışma imkanı
- Karyera inkişafı perspektivi
- Stabil və peşəkar iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində “İş İcraçısı – Ağdam” qeyd olunması xahiş olunur.
SƏTƏM Mühəndisi (Ağdam Layihəsi)
Son tarix 03 may 2026 - [email protected]
Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təhlükəsizlik qaydalarına ciddi yanaşan, məsuliyyətli və peşəkar SƏTƏM Mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək
- İşçilər üçün təhlükəsizlik təlimatlarının keçirilməsi və maarifləndirmə işlərinin aparılması
- Risklərin qiymətləndirilməsi və təhlükələrin əvvəlcədən müəyyən edilməsi
- Qəza və insidentlərin araşdırılması və hesabatların hazırlanması
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək
- Sahədə təhlükəsizlik standartlarının tətbiqini təmin etmək
- Müvafiq yoxlama və auditlərin keçirilməsində iştirak etmək
- Qanunvericiliyə uyğun sənədləşmə işlərini aparmaq
Tələblər:
- Mütləq müvafiq sahə üzrə ali təhsil (SƏTƏM / inşaat / texniki istiqamət)
- SƏTƏM üzrə beynəlxalq və ya yerli sertifikat (NEBOSH və ya ekvivalent) tələb olunur
- Mütləq tikinti sahəsində minimum 3 il iş təcrübəsi (SƏTƏM üzrə)
- Əməyin mühafizəsi qaydaları və normativ sənədlər üzrə biliklər
- Risk analizi və təhlükəsizlik prosedurları üzrə təcrübə
- Məsuliyyətlilik və diqqətlilik
- MS Office proqramlarında işləmə bacarığı
- Azərbaycan dili sərbəst (rus dili üstünlükdür)
Təklif edirik:
- Rəqabətli əmək haqqı
- Böyük və strateji layihədə iş imkanı
- Karyera inkişafı perspektivi
- Stabil və peşəkar iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində “SƏTƏM Mühəndisi – Ağdam” qeyd olunması xahiş olunur.
SƏTƏM Nəzarətçisi (Ağdam Layihəsi)
Son tarix 03 may 2026 - - [email protected]
Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza sahədə təhlükəsizlik qaydalarına nəzarət edəcək məsuliyyətli və diqqətli SƏTƏM Nəzarətçisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına gündəlik nəzarət etmək
- İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsini yoxlamaq
- Təhlükəli halları aşkar edib dərhal tədbir görülməsini təmin etmək
- Təhlükəsizlik qaydalarının pozulması halları barədə rəhbərliyə məlumat vermək
- Sahədə təhlükəsizlik nişanlarının və qaydalarının tətbiqinə nəzarət etmək
- Təlimatlandırma proseslərində iştirak etmək
- Gündəlik yoxlama aktlarının və hesabatların hazırlanması
- Qəza və insidentlərin qeydə alınmasında iştirak etmək
Tələblər:
- Müvafiq sahə üzrə təhsil (SƏTƏM / texniki / inşaat)
- Mütləq tikinti sahəsində minimum 1-3 il iş təcrübəsi (SƏTƏM üzrə)
- SƏTƏM üzrə beynəlxalq və ya yerli sertifikat (NEBOSH və ya ekvivalent) tələb olunur
- Əməyin mühafizəsi qaydaları üzrə biliklər
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq
- Komandada işləmək bacarığı
- MS Office proqramlarında ilkin biliklər
- Azərbaycan dili sərbəst
Təklif edirik:
- Rəqabətli əmək haqqı
- Böyük layihədə iş təcrübəsi
- Karyera inkişafı imkanı
- Stabil iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SƏTƏM Nəzarətçisi – Ağdam” qeyd olunması xahiş olunur.














