International BOKT
Kredit mütəxəssisi (Ağdam filialı)
Son tarix 11 sen 2025 - [email protected]
“İnternationa”l BOKT ASC Ağdam filialı üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Ali təhsil və ya orta ixtisas təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: 400-800 manat
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Ağdam üzrə Kredit üzrə mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
Qrup rəhbəri (Ağdam)
Son tarix 11 sen 2025 - [email protected]
“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı Ağdam rayonu üzrə Qrup rəhbəri vəzifəsinə işçi axtarışı elan edir.
- Filialalrda işçi heyətinin idarə olunması
- Filial əməkdaşlarının efektliyi, peşəkar və bilik səvviyyəsini inkişaf etdirmək üçün çalışmaq
- Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək
- Marketing işlərinin aparılması
- Müştərinin uzunmüddətli əməkdaşlığını təmin etmək məqsədilə operativ xidmət göstərmək, daxili olmuş tələb və şikayətləri yerində araşdırmaq
Tələblər
- Müvafiq sahə üzrə minimum 1 ildən artıq iş təcrübəsi;
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 25-50 (yalnız bəy namizədlər)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: 600-1000 AZN + əməkhaqqının iki misli qədər bonus əldə etmək imkanı
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Ağdam rayonu üzrə Qrup rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.
Filial müdiri (Ağdam)
Son tarix 11 sen 2025 - [email protected]
“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı yeni açılacaq olan Ağdam filialına Filial müdiri vəzifəsinə işçi axtarışı elan edir.
- Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
Tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 30-50 (yalnız bəy namizədlər)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: 800-1200 AZN + əməkhaqqının iki misli qədər bonus əldə etmək imkanı
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Ağdam rayonu üzrə Filial müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.