Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
Planlama mühəndisi
Son tarix 11 iyl 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Ağdam rayonu;
- İş rejimi: həftə içi 5 iş günü;
- Əmək haqqı: 1900 azn (vergi və digər xərclər çıxılmaqla) və il ərzində mükafatlar.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi);
- Minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Excel, MS Project və Primavera P6 bilikləri.
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə görülən işlərə dair günlük və həftəlik iş planlarını hazırlamaq;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramını hazırlamaq və MS Project proqramına daxil etmək və yenilənməsini həyata keçirmək;
- Ümumi layihələr üzrə alınan hesabatların histoqramını hazırlamaq;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq;
- Gecikmələrin səbəblərini müəyyən etmək və bu səbəblərin aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Mövcud gecikmələrə dair analizlər aparmaq və müvafiq tədbirlər görmək;
- Müddət və büdcədən kənaraçıxmaların təhlilini aparmaq və hesabatları hazırlamaq;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
- Subpodratçıların apardığı işlərin plan üzrə qeydiyyatına və işlərin görülməsinə nəzarət etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-nizi elektron məktubun mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Texniki ofis mühəndisi
Son tarix 11 iyl 2025 - [email protected]
Əmək haqqı: 1900 azn (vergi və digər xərclər çıxılmaqla) və il ərzində mükafatlar;
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi);
- Aidiyyatı sahə üzrə minimum 4 il iş təcrübəsi;
- Komputer bilikləri: MS Office, AutoCAD.
Vəzifə öhdəlikləri:
- Tender paketinə daxil olan qiymət cədvəllərinin (BoQ) hazırlanmasının nəzarətini həyata keçirmək;
- Layihələndirmə və tikinti mərhələlərində xərclərin koordinasiyası, podratçı və texniki nəzarət tərəfindən təqdim olunan həcmlərə uyğun təhvil-təslim aktları, Forma 2, Forma 3 hesab-faktura sənədlərinin yoxlanması və idarə olunmasını təmin etmək;
- Layihe üzre işçi cizgilerini oxumaq ve iş həcmlərini müəyyən etmək;
- Tikinti prosesində sahədə icra edilmiș iş həcmlərini hesablamaq, layihəyə uyğunluğunu müəyyən etmək ve Forma 1 aktını tərtib etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “texniki ofis mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.