Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
Elektrik mühəndisi
Son tarix 25 fev 2025 - [email protected]
İnşaat təcrübənizi strateji yönlə gücləndirin!
İş yeri: Ağdam rayonu;
Əmək haqqı: 2000 azn (vergi və digər xərclər çıxılmaqla), il ərzində mükafatlar;
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (elektrik mühəndisliyi);
- Minimum 3 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP;
- Komputer bilikləri: MS Office, AutoCAD.
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, elektrik sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək,
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Elektrik mühəndisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru. Xahiş olunur müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Xərclərə nəzarət şöbəsinin koordinatoru
Son tarix 25 fev 2025 [email protected]
İnşaat təcrübənizi strateji yönlə gücləndirin!
Əmək haqqı: 2000 azn (vergi və digər xərclər çıxılmaqla), il ərzində mükafatlar;
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi);
- Aidiyyatı sahə üzrə minimum 4 il iş təcrübəsi;
- Komputer bilikləri: MS Office, AutoCAD.
Vəzifə öhdəlikləri:
- Tender paketinə daxil olan qiymət cədvəllərinin (BoQ) hazırlanmasının nəzarətini həyata keçirmək;
- Layihələndirmə və tikinti mərhələlərində xərclərin koordinasiyası, podratçı və texniki nəzarət tərəfindən təqdim olunan həcmlərə uyğun təhvil-təslim aktları, Forma 2, Forma 3 hesab-faktura sənədlərinin yoxlanması və idarə olunmasını təmin etmək;
- Layihe üzre işçi cizgilerini oxumaq ve iş həcmlərini müəyyən etmək;
- Tikinti prosesində sahədə icra edilmiș iş həcmlərini hesablamaq, layihəyə uyğunluğunu müəyyən etmək ve Forma 1 aktını tərtib etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Xərclərə nəzarət şöbəsinin koordinatoru” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru. Xahiş olunur müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Mexanika mühəndisi
Son tarix 25 fev 2025 - [email protected]
İnşaat təcrübənizi strateji yönlə gücləndirin!
İş yeri: Ağdam rayonu;
Əmək haqqı: 2000 azn (vergi və digər xərclər çıxılmaqla), il ərzində mükafatlar;
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (mexanika mühəndisliyi);
- Minimum 3 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP;
- Komputer bilikləri: MS Office, AutoCAD.
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin mexanika sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Mexanika sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin mexanika hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, mexanika sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış mexanika sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin mexanika hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin mexanika sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə mexanika sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Mexanika mühəndisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.