Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Texniki ofis mühəndisi vəzifəsi üzrə vakansiya elan edir:
Son tarix 12 mar 2025 - [email protected]
Əmək haqqı: 1930 azn (vergi və digər xərclər çıxılmaqla), il ərzində mükafatlar;
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi);
- Minimum 3 il aidiyyəti üzrə iş təcrübəsi;
- Layihələrin idarə olunmasında təcrübə (tikinti sektorunda) üstünlükdür;
- Güclü analitik düşüncə və problem həll etmə bacarıqları;
- Komanda ilə effektiv işləmə və ünsiyyət bacarıqları;
- Komputer bilikləri: MS Office, MS Project, AutoCAD / Civil 3D.
Əsas vəzifələr:
- Layihə sənədlərinin hazırlanması və koordinasiyasını aparmaq;
- Layihə sənədləri əsasında işin faktiki həcmini müəyyən etmək;
- Texniki təsvirlər, texniki sənədlərin hazırlanması və yoxlanılmasını təmin etmək;
- Layihə prosesində texniki və maliyyə nəzarəti, hesabatların hazırlanmasını təmin etmək;
- Layihənin icrası zamanı lazımi texniki dəstək və təlimatları vermək;
- Texniki və dizayn sənədlərini arxivləşdirmək və idarə etmək;
- Digər struktur bölmə və podratçılar ilə əlaqəli işin koordinasiya etmək və icrasını izləmək;
- Əsas tərəfdaşlarla texniki məsələlərin müzakirəsi və problemlərin həlli üçün işgüzar əlaqələri qurmaq.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Texniki ofis mühəndisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru. Xahiş olunur müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz