Vakansiyalar

"AGA Group" işçi axtarır - VAKANSİYA

"AGA Group" işçi axtarır - VAKANSİYA | FED.az
20:54 24 Fev 2020

Aqronom

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) və kənd təsərrüfatı sahəsi də daxil olmaqla, bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park. Bundan başqa "AGA Group” şimal-qərb bölgəsindəki təmsilçisi - “Monte Ferro” Aqroparkı regiona, ölkə iqtisadiyyatına, xüsusən fındıqçılığın inkişafına qatqısı olacaq bu böyük layihəyə başlamışdır.

Tələblər:

▪ Ali təhsil (müvafiq sahədə - aqrar sahə üzrə olması üstünlükdür);
▪ Analoji sahədə minimum 5 il iş təcrübəsi;
▪ Azərbaycan dilində yüksək səviyyədə danışmaq bacarığı.
▪ İşgüzar və məsuliyyətli olmalı;
▪ Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

▪ Sahələrdə mövsüm şərtlərinin tələblərinə uyğun olaraq aqro-texniki işlərin təşkil olunması;
▪ Sahələrdə aparılan işlərə rəhbərlik etmək;
▪ Mövcud damla-sulama sisteminin mütəmadi işləməsini təmin etmək;
▪ Görülən işlər barədə yazılı məlumat təqdim etmək.

İş şəraiti:

▪ İş yeri: Qax, Şəki ərazisindəki sahələr;

Tələblərə uyğun namizədlər [email protected] ünvanına daxil olaraq “Aqronom” başlığı ilə müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.

Digər xəbərlər