AFFA
AFFA Futbol və məşq mərkəzi/Qeydiyyatçı
Son tarix 16 noy 2025 - [email protected]
Namizədə tələblər:
- Qeydiyyat bölməsinə gələn telefon zənglərinə nəzakətli şəkildə cavab vermək
- Təlimata əsasən tapşırılan obyektdə müəyyən olunmuş vaxt çərçivəsində qeydiyyat xidmətini təşkil etmək
- Bazaya gələn komandaları və qonaqları nəzakətli şəkildə qarşılamaq, yerləşdirmək və qeydiyyatını aparmaq
- Xadimə və texniki işçilər üçün iş bölgüsü aparmaq və görülən işlərə nəzarət etmək
- Bazaya göndərilən və ya bazadan göndərilən sənədlər, mal-material və inventarları qəbul etmək və ya təhvil vermək
- Gün ərzində mütəmadi olaraq bütün təhlükəsizlik kameralarından bazaya nəzarət etmək
Tələb olunan bacarıqlar:
- Yazılı və şifahi ünsiyyət bacarığı
- Azərbaycan dilində sərbəst oxuma, danışma, dinləmə və yazma qabiliyyəti
- Məsuliyyətli, diqqətli, etibarlı və konfidensiallıq prinsiplərinə sadiq
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 iş günü
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: razılaşma əsasında
- Ünvan: Mərdəkan qəsəbəsi
Qeyd: Mərdəkan və Şüvəlan ətrafı ərazidə yaşayan şəxslərə üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.