FED.az xəbər verir ki, "AFB Bank" İnnovasiyalar İdarəsi üzrə (Ödəniş sistemləri sahəsi) baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: Kapital Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• İT və ya dəqiq elmlər sahəsində ali təhsil;
• Bank sahəsində İT üzrə ən az 2 il iş təcrübəsi;
• Ödəmə sistemləri (SWIFT, XÖHKS və AZİPS), Sürətli pul köçürmə sistemləri (Western Union, Zolotaya Korona, Contact NG, Monex, Xəzri, UPT) üzrə biliklərə malik olmaq.
İŞİN TƏSVİRİ:
• SWIFT sisteminin administrasiyası ( SWIFT-in tələbinə əsasən proqram təminatı və aparat yenilənmələrinə nəzarət etmək. Sistemin daim işlək vəziyyətdə olmasını təmin etmək).
• XÖHKS və AZİPS sistemlərinin administrasiyası (Mərkəzi Bankın tələbinə əsasən proqram təminatının yenilənməsinə nəzarət etmək. Sistemin daim işlək vəziyyətdə olmasını təmin etmək)
• Ödəmə sistemlərinin (SWIFT, XÖHKS və AZİPS) bankın daxili qaydaları və əmrləri əsasında təhlükəsizliyini təmin etmək bacarığı;
• Sürətli pul köçürmə sistemlərinin (Western Union, Zolotaya Korona, Contact NG, Monex, Xəzri, UPT) administrasiyası.
• Hökümət Ödəniş Portalının administrasiyası. (sertifikatların sifarişi, etoken qurğularına yüklənilməsi və istifadəçilərin komputerinə quraşdırılması)
• Elektron imzaların sifarişi, istifadəçilərin komputerinə quraşdırılması və müəyyən səlahiyyətlərin verilməsi.
• MKR sorğu xidmətinin administrasiyası. (sertifikatların sifarişi, etoken qurğularına yüklənilməsi və istifafəçilərin komputerinə quraşdırılması)
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnnovasiyalar idarəsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.