FED.az xəbər verir ki, "AFB Bank" Proseslərin idarə edilməsi Strukturuna baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (İqtisadiyyat, biznesin idarəedilməsi və.s); İT sahəsi üzrə bilikləri olan namizədlərə üstünlük verilir
• Bank sahəsində ən az 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus və ingilis dilərini bilənlərə üstünlük verilir)
• Ofis proqramları ilə yüksək səviyyədə işləmək bacarığı (Visio, Power Point, Excel, Word);
• Proses axınları, Bank qanunvericiliyi barədə məlumatlı olmaq;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə, Problemlərin həll yolunun qısa müddətdə müəyyən edilməsi bacarığı;
• Analitik düşünmə, yaradıcı yanaşma tərzi;
• İntensiv rejimdə işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İŞİN TƏSVİRİ:
• Bank proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi və yeniliklərin tətbiq edilməsinin təşkilatlandırılması;
• Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxemlərinin hazırlanması (BPMN standartlarına uyğun);
• Bankın prosedur və qaydaların optimallaşdırılmasına dair təhlillər və monitorinqlər aparmaq, yenisinin hazırlanmasını təmin etmək;
• Proseslərdə uyğunsuzluqların müəyyən edilməsi və həll yollarının göstərilməsi;
• Prosedur və proseslərə dair rəylərin verilməsi;
• Bankdaxili qaydaların hazırlanması və hazırlanmasına dəstək verilməsi;
• Proseslər üzrə xronometrajların aparılması;
• Proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
• Struktur bölmələrin iş yüklərinin hesablanması;
• Layihələrdə iştirak və texniki tapşırıqların yazılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.