Vakansiyalar

"AFB Bank" işçi axtarır - VAKANSİYA

"AFB Bank" işçi axtarır - VAKANSİYA | FED.az
18:01 15 Fev 2020

FED.az xəbər verir ki, AFB Bank Pərakəndə Bankçılıq Strukturunun meneceri (İstehlak kreditləri istiqaməti) vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: “FINCA Azerbaijan” işçi axtarır - VAKANSİYA

Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Bankda müvafiq sahədə ən az 3 il iş təcrübəsinin olması;
• Mükəmməl Azərbaycan dili biliklərinə malik olmaq(İngilis, rus dili bilənlərə üstünlük verilir);
• İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığının olması;
• Yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti;
• Problemləri həll etmə bacarığı;
• MS Office proqram bilikləri;
• Yuksək İdarəetmə qabiliyyətinin olması.

İŞİN TƏSVİRİ:

• İstehlak krediti verilməsi üçün müştəri seqmentinin müəyyənləşdirilməsi;
• Satış planına əsasən istehlak kreditlərin satışının təmin olunması istiqamətində fəaliyyətin aparılması;
• İstehlak kreditlərinin satışının artırılması istiqamətində, o cümlədən mövcud satış kanallarının inkişafı ilə bağlı təkliflər hazırlanması, yeni partnyorların cəlb olunması və onlarla əlaqələrin idarə edilməsi;
• İstehlak kreditlərinin satışları barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
• İstehlak kreditlərinin satışı üzrə rəqiblərin satış texnologiyaları, uğurları və uğursuzluqlarının araşdırılması və Bankın satış texnologiyalarının təkmilləşdirilməsi istiqamətində qaydaların hazırlanmasında iştirak etmək;
• İstehlak krediti üzrə çalışan əməşdaşları və potensial istehlak krediti müştərilərin bankın məhsul və xidmətləri barədə məlumatlandırılması üçün lazım olan təbliğat materialları və tədbirlərin sifariş edilməsi, onların icrasına nəzarətin həyata keçirilməsi;
• İstehlak kreditləri şöbəsi ilə bankın digər strukturları arasında əlaqələri koordinasiya edilməsi və satış strukturlarının problemlərinin həll edilməsinə dəstək vermək;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İstehlak kreditləri istiqaməti üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Digər xəbərlər