FED.az xəbər verir ki, "AFB Bank" Əməliyyatlar Strukturunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Yelo Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Aidiyyəti sahə üzrə ən az 1 il iş təcrübəsi;
• Azərbaycan dili (Rus və İngilis dili bilənlərə üstünlük verilir );
• Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word);
• Kreditlə bağlı prosedurlar barədə məlumatlı olmaq;
• İntensiv rejimdə və təzyiq altında işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• Kredit dosyelərinin yoxlanılması, icra üçün hazırlanması və icrası;
• Təminat məktublarının (tender, icra, avans) hazırlanması və bankdaxili sistemdə icrası;
• Vergi, məhkəmə və icra orqanlarının sorğularının araşdırılması və cavablandırılması;
• Daşınar və daşınmaz əmlakın elektron qaydada girova salınması və çıxarılması;
• Proseslərin avtomatlaşdırılması üzrə texniki tapşırıqların yazılması və testlərin icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatlar Strukturunun mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.