AFB Bank Kredit Anderaytinq Strukturunun baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);
• Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən az 3 il iş təcrübəsi;
• Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində dərin nəzəri və praktiki biliklər;
• Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər;
• Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;
• Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
• Analitik düşüncə və detallara qarşı diqqətli olabilmə qabiliyyəti;
• İri kreditlərin qiymətləndirilməsini və monitorinqini bilmək;
• Kredit reytinq və skorinq sistemlərinin qurulması üzrə biliklər;
• Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word);
• Komandada işləmək bacarığı;
• Azərbaycan dili (Rus və İngilis dilini bilənlərə üstünlük verilir );
• ACCA və CFA sertifikatları olan namizədlərə üstünlük verilir.
İŞİN TƏSVİRİ:
• Mikro, SME və Korporativ kreditlər üzrə kreditlərin qiymətləndirilməsinin həyata keçirilməsi;
• Ehtiyac olduqda müştəri biznesinə baxış keçirilməsi və yerində qiymətləndirmə aparılması;
• Akkreditiv və Qarantiyalar üzrə sifarişlərin qiymətləndirilməsinin aparılması;
• Qayda və prosedurların təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflər verilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit Anderaytinq Strukturunun baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.